AZE | RUS | ENG |


Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq
Sentyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi  ilə əvəz olunacaq.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 65-75 %, gündüz  50-60 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var.
 
Şərq küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 17-22°, gündüz  30-35° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007