• cümə axşamı, 25 aprel, 04:37
  • Baku Bakı 19°C

Azərbaycanda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” keçiriləcək

11.09.17 18:29 1222
Azərbaycanda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” keçiriləcək
Azərbaycan Texniki Universitetində (AzTU) "Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” - İSMMS 2017 keçirilir. Sentyabrın 11-i Simpoziumun Plenar İclası təşkil olunub.
İştirakçılar iclasdan öncə AzTU-da yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış olublar.
Simpoziumun Plenar İclasında AzTU-nun rektor əvəzi Xalıq Yahudov öncəliklə Sipoziumun əsas təşkilatçısı olan Maşın və mexanizmlər elmi üzrə Beynəlxalq Federasiya (IFToMM) və Federasiyanın Azərbaycan Komtəsi haqqında məlumat verib. Bildirilib ki, bu Federasiya 1969-cu ildə Mexanizmlər və Mexanika Nəzəriyyəsinin inkişafı üzrə Polşada keçirilən ikinci Dünya Konqresində təsis olunubr. Federasiyanın əsas məqsədi maşın və mexanizm nəzəriyyəsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.
1995-ci ilə qədər Federasiyaya 13 ölkə daxil olub. 1995-ci ildə Federasiyanın doqquzuncu Dünya Konqresinin Baş Assambleyası (İtaliya, Milan şəh.) Azərbaycan Komitəsini (AzCIFToMM) təsdiq etdi. Azərbaycan Komitəsi elmi qurum olaraq Azərbaycan Texniki Universitetinin nəzdində yaradılıb və onun sədri texnika elmləri doktoru, professor Rasim Əlizadə təyin edilib.
Xalıq Yahudov qeyd edib ki, bu Simpoziumun keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Texniki Universitetində müvafiq əmr verilib. Əmrə əsasən Simpoziumun Beynəlxalq və yerli təşkilat Komitələri formalaşdırılıb və bu Komitənin tərkibinə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, İngiltərə, Kanada, Portuqaliya, Qazaxıstan, Sinqapur, Rumıniya kimi ölkələrin tanınmış alimləri daxil edilib. Rektor əvəzi bildirib ki, Simpoziumun "Manipulytorlar və robotlar”, "Mexanizmlərin kinematikası və sintezi”, "Maşınların dinamikası” və "Nəqliyyat vasitələri” bölmələri üzrə fəaliyyət göstərməsi müəyyənləşdirilib və bununla bağlı AzTU-nun rəsmi internet səhifəsi www.aztu.edu.az saytında geniş məlumat yerləşdirilib. Xalıq Yahudov əlavə edib ki, Simpoziumda xarici qonaqlarla bərabər Respublikanın 30-dan çox Nazirlik, Komitə, Agentlik, Ali məktəb, Elmi-tədqiqat İnstitutları və digər qurumlarından nümayəndələr təmsil olunur.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çıxış edərək Sipoziumun Azərbaycanda, ələxüsus AzTU-da keçirilməsinin əhəmiyyətindən və gələcəkdə Respublika elminə verəcəyi töhfədən danışıb.
Daha sonra Plenar İclasın məruzələri dinlənilib. Amerika Birləşmiş Ştatlarının Stenford Universitetinin profesorları Bernard Roth və Oussama Khatib, həmçinin AzTU-nun kafedra müdiri, AzCIFToMM-un sədri, professor Rasim Əlizadə robotexnika üzrə maraqlı məruzə ilə çıxış ediblər. Məruzələrdə robotexnika üzrə ən son texnologiyalardan, eləcə də həmin texnologiyaların müxtəlif obyektlər üzərində tətbiqi haqqında geniş məlumat verilib.
Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Maşın və Mexanizmlər Elmi üzrə Azərbaycan Beynəlxalq Komitəsi (AzC IFToMM), İzmir Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən Simpoziumun əsas məqsədi maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin və digər qrupların bir araya gətirilməsi və onların elmi işlərinin müzakirə vasitəsi ilə mübadiləsini təmin etməkdir.
Qeyd edək ki, 4 gün davam edəcək Beynməlxalq Sipozium bölmə iclasları ilə davam etdiriləcək.
banner

Oxşar Xəbərlər