• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

11.09.17 14:00 1061
Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq
Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 18-22° isti, gündüz 28-32° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 14-dək Abşeron yarımadasınınhavaşəraitində mühüm dəyişiklik gözlənilmir və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23° isti, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər