• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

ATƏT cəbhədə növbəti monitorinq keçirəcək

11.09.17 10:55 668
ATƏT cəbhədə növbəti monitorinq keçirəcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-dəFüzulirayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
MN-dənAPA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Martin Şuster keçirəcəklər.
banner

Oxşar Xəbərlər