• şənbə, 20 Aprel, 05:36
  • Baku Bakı 15°C

Mövlud Çavuşoğlu: “Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”

06.09.17 13:20 1126
Mövlud Çavuşoğlu: “Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”
Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.
APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı və azərbaycanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu deyib ki, Türkiyənin Azərbaycan və Gürcüstanla həyata keçirdiyi layihələr tək bu ölkələrin deyil, regionun rifahı üçündür: "2018-ci ildəTANAPlayihəsibaşlayacaq.Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfədir. Bununla yanaşıBakı-Tbilisi-Qarslayihəsi çərçivəsində işlər bitmək üzrədir. Test səfərləri olacaq, bu barədə tarixləri danışdıq. Bu, təkcə 3 ölkəni birləşdirən layihə deyil”.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib.
banner

Oxşar Xəbərlər