• çərşənbə, 24 Aprel, 05:06
  • Baku Bakı 14°C

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

29.08.17 11:05 990
Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin 2 boksçusu da rinqə çıxıb.

Onlardan biri - Məhəmmədrəsul Məcidov (+91 kq) mundialda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionumuz iordaniyalı Hüseyn İşayşi məğlub edib - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27).

Məcidov 1/4 finalda Camili-Dini Aboudo-Moindze (Fransa)ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.

Dünya çempionumuzdan fərqli, Pərviz Bağırov yarışla vidalaşıb. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 finalda Tuvşinbat Byambaya (Monqolustan) 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub.
banner

Oxşar Xəbərlər