AZE | RUS | ENG |


Qadın ürəyi daha həssasdır

Qadın ürəyi daha həssasdır
Hər il dünyada təqribən 17.3 milyon insan ürək və damar xəstəliklərindən vəfat edir. Bunun 7 milyonundan çoxunu infarkt və ya ürəyin işemik xəstəliyinə bağlı (ürək damarlarının tıxanması) ölümlər təşkil edir. Avropada hər il hər 6 kişidən və hər 7 qadından biri infarktdan və ya ürək damarlarının tıxanmasından ölür. Bütün dünyada qadın ölümlərinin ən sıx səbəbi kişilərdə olduğu kimi ürək-damar xəstəlikləridir. Ürək damarlarının tıxanması və ya daralması qadınlarda kişilərə nisbətən daha gec yaşlarda ortaya çıxır. Menopauzaya qədər yumurtalıqlardan qana ifraz olunan esterogen hormonu qadınları infarkt keçirməkdən və ya ürək damarlarının tıxanmasından qoruyur. Ancaq qadın menopauzaya girdikdən sonra qandakı esterogen hormonu azalır və bunun nəticəsində infarkt keçirmə baxımından daha həssas olur.  Avropada kişilər qadınlardan daha çox infarkt keçirirlər. Ancaq infarkt və ya ürək-damar tıxanması qadınlar üçün heç də ədalətli davranmır. Bu yazımda infarktın və ya ürəyin işemik xəstəliyinin (ürək damarlarının tıxanması) qadınlar üçün heç də ədalətli davranmadığını göstərən bəzi maraqlı elmi faktları qısa məlumatlar şəklində paylaşacam.
 
1. İnfarkta səbəb olan bəzi risk faktorlarına qadınlarda daha çox rast gəlinir.
 
Ürək damarlarını tıxayaraq infarkt keçirilməsinə səbəb olan hipertoniya, diabet, böyrək çatışmazlığı, depressiya (və ya digər psixososyal) kimi xəstəliklər qadınlarda daha çox  görülür.
 
2. İnfarkta səbəb olan bəzi risk faktorları qadınlar üçün daha təhlükəlidir.

Hipertoniya və diabet xəstəliyi qadınlar üçün daha təhlükəlidir. Belə ki hipertoniyası və ya şəkərli diabeti olan bir qadının infarkt keçirmə riski hipertoniyası və ya şəkərli diabeti olan kişiyə nisbətən daha yüksəkdir. Eynilə depressiyada olan bir qadının infarkt keçirmə riski depressiyada olan bir kişinin infarkt keçirmə riskindən daha çoxdur. 

3. İnfarkt keçirən qadınlarda sinə ağrıları olmaya bilir

İnfarkt keçirildiyi zaman adətən sinə nahiyəsində şiddətli ağrı olur. Ancaq qadınlar infarkt keçirdikləri zamanı kişilərə nisbətən sinə ağrıları daha az olur. Sol qol, boyun, çənə və kürək ağrıları, ürək bulanma, qusma, mədə yanması, ürək döyünmə infarkt keçirən qadınlarda daha çox görülür. Ona görə də infarkt keçirən bir qadına səhv diaqnoz qoyula bilir. Daha doğrusu, infarkt keçirən bir qadının müayinəsi zamanı keçirdiyi infarkt həkimlərin gözündən yayına bilər.
 
4. Səssiz infarkt qadınlarda daha sıx görülür.

İnfarkt keçirən insan ağrı hissetməyə bilər. Xüsusi ilə də şəkərli diabeti olan, yaşlı insanlar və qadınlar infarkt keçirdikləri zaman sinələrində ağrı hiss etməzlər. Buna səssiz infarkt deyilir. Belə  olan halda infarkt diaqnozunu qoymaq çox çətin olur və infarkt müəyyənləşdirilmədiyi üçün də xəstələr itirilə bilər. Hətta bəzi  xəstələrə analiz edildiyi zaman daha öncə nə vaxtsa infarkt  keçirdiyi müəyyən edilir. İnfarkt keçirdiyi halda bunu hiss eləməyən qadınların sayı kişilərin sayından daha çoxdur. Bunun dəqiq səbəbi bilinmir. Ancaq ən çox qəbul edilən versiya qadınların ağrını hiss etmə qabiliyyətinin kişilərinkindən daha az olmasıdır. Digər bir səbəb qadınların infarkt keçirərkən sinə ağrısından çox, ürək bulanma, qusma, mədə yanması, ürək döyünmə kimi şikayətləri ortaya çıxır ki, çoxları bunu diqqətə almırlar.

5. İnfarkt keçirən qadınlar xəstəxanaya daha gec müraciət edirlər.

İnfarkt keçirən qadınlar kişilərlə müqayisədə xəstəxanaya daha gec müraciət edirlər və bunun nəticəsində də daha gec müalicə  edilirlər.
 
6. Bəzi diaqnostik testlər qadınlardakı damar tıxanmasını müəyyən etmədə yetərsiz qalır. 

Qadınlarda sinə ağrısının ürəklə əlaqəli olub-olmaması mütləq müəyyən edilməlidir. Çünki ürək mənşəli ağrının müəyyən edilməməsi bir qadının ölümüylə  nəticələnə bilər. Sinə ağrısı olan bir insanda infarktın müəyyən edilib müalicə edilməsində vaxt çox önəmlidir. İnfarkt keçirən bir insan üçün keçən hər bir dəqiqə çox önəmlidir və həkim olaraq siz vaxtla yarışırsınız. Bəzi diaqnostik testlər qadınlardakı damar tıxanmasını müəyyən etmədə yetərsiz qalır. Yəni bəzi testlər qadınlardakı damar tıxanmasını müəyyən etmədə o qədər də həssas deyil. Ona görə də sinədə ağrı şikayəti olan bir xəstə əvvəlcə ətraflı şəkildə müayinə edilməli, xəstənin şikayətləri diqqətlə dinlənilməli və ürək-damar daralması baxımından risk faktorları da ətraflı şəkildə öyrənilməlidir. 

7. İnfarkt keçirmək qadınlara kişilərdən daha pis təsir edir. 

İnfarkt keçirən qadınlar kişilərə nisbətən xəstəxanada daha çox yatırlar və infarkt keçirən qadınların xəstəxanada ölmə ehtimalı kişilərə nisbətən daha yüksəkdir. İnfarkt keçirdikdən sonra ilk 1  hətta 5 il içində qadınların ölmə ehtimalı kişilərdən daha çoxdur. Ayrıca infarkt keçirən qadının bir ay içində təkrar infarkt keçirmə ehtimalı infarkt keçirən bir kişinin təkrar infarkt keçirmə ehtimalından daha yuxarıdır. İnfarkt sonrası ürək çatışmazlığı (ürəyin zəifləməsi) qadınlarda daha çox ortaya çıxır. Bundan başqa, diabeti olan qadın infarkt keçirdiyi zaman ölmə ehtimalı diabeti olmayan və infarkt keçirən kişiyə nisbətən daha yuxarıdır. Eyni ilə diabeti olan bir qadın infarkt keçirdiyi zaman ölmə ehtimalı diabeti olan və infarkt keçirən kişiyə  nisbətən daha yuxarıdır.

8. "Qırılmış qəlb sindromu” qadınlarda daha çox  ortaya çıxır.

Qorxu, kədər, təşviş, üzüntü və sairə kimi neqativ hissləri keçirmək ciddi infarkta səbəb ola bilir. Buna "Qırılmış qəlb sindromu” ("Broken Heart Syndrome”) deyilir. İnfarkt keçirən bir insanın ürək damarları, adətən tıxanmış olur. Ancaq maraqlısı odur ki, "Qırılmış qəlb sindromu”nun olduğu insanlara anjiyoqrafiya elədiyimiz zaman, damarları adətən tərtəmiz çıxır, ürək damarlarında ciddi daralma və ya tıxanma olmur.  "Qırılmış qəlb sindromu” olan xəstələrin 90-95 faizi qadınlardır və bunun səbəbi dəqiq bilinmir. Ən çox qəbul edilən fikir, qadınların ürəyinin stress zamanı bədəndə ortaya çıxan hormonal dəyişiklərə daha həssas olmasıdır.

9. Dərmanların əlavə təsirləri qadınlarda daha çox ortaya çıxır.

İnfarkt keçirən və ya ürək damarları tıxanan bir xəstə çoxlu dərmanı içmək məcburiyyətindədir. Qadınların ürək-damar  sistemi bu dərmanların yan təsirlərinə daha çox məruz qalır. Yəni qadınların ürək-damar sistemi bu dərmanlara qarşı  kişilərə nisbətən daha həssasdır.

Yalçın  Velibey
Kardioloji  Uzmanı
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7078
GBP 1 İngilis funt sterlinqi 2.1893
TRY 1 Türk lirəsi 0.4808
KWD 1 Küveyt dinarı 5.6309
SEK 1 İsveç kronu 0.2106
EUR 1 Avro 1.9972
CHF 1 İsveçrə frankı 1.7483
USD 1 ABŞ dolları 1.7008