• cümə, 29 Mart, 14:16
  • Baku Bakı 14°C

DİN Bakıda baş verən silahlı insident barədə məlumat yayıb

24.05.17 11:50 1374
DİN Bakıda baş verən silahlı insident barədə məlumat yayıb
Daxili İşlər Nazirliyi(DİN) Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bilgəh kəndiqəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
banner

Oxşar Xəbərlər