Elmar Məmmədyarov Nyu-Yorka gedib
Xarici işlər naziriElmar MəmmədyarovAzərbaycan RespublikasınınBMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
XİN-nin mətbuat xidmətindənAPA-ya bildirilib ki, səfər əsnasında Elmar MəmmədyarovunBMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycan RespublikasınınBMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.