• çərşənbə axşamı, 19 mart, 15:45
  • Baku Bakı 8°C

Atəşkəs rejimi 115 dəfə pozulub

23.05.17 10:20 665
Atəşkəs rejimi 115 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Ayqepar, Ayqedzor və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu və Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca,Ağdamrayonunun Qaraqaşlı, Yusifcanlı,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,Ağdam,Xocavənd,FüzulivəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər