• çərşənbə axşamı, 19 mart, 07:18
  • Baku Bakı 8°C

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

16.05.17 15:50 720
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
Mayın 17-dəBakıda və Abşeron yarımadasındahavadəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, gecə və səhər yarımadanınbəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-22° isti,Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi760 mmcivə sütunundan764 mmcivə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 17-19- da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdümeteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti,dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
banner

Oxşar Xəbərlər