• çərşənbə axşamı, 19 mart, 08:06
  • Baku Bakı 8°C

İrəvanda xal qalmadı...

15.05.17 11:20 4964
İrəvanda xal qalmadı...
"Dərisi ağ qulların ən pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”
Adam Melts-İsveç səyyahı
Hər zaman türk torpaqlarına göz dikmiş mənfur ermənilər əsrlərdir ki, öz bədxah niyyətlərini həyata keçirmək üçün hər cür iyrənc əməllərə əl atırlar. 1905-1906, 1918, 1948, 1988, 1990-cı illər və bu günə qədər vəhşi ermənilər azəri xalqına qarşı durmadan təxribat törədib, onları dədə-baba yurdlarından didərgin salıb, torpaqlarımızı mənimsəyib, dağıtdıqlarını dağıdıb, oğurladıqlarını oğurlayıb, əsir apardıqlarını aparıb...və bu günəcən içlərindəki murdar xislətlərindən vaz keçməyiblər. Hər fürsətdə torpaq iddiası edir, musiqimizi, milli mətbəximizi özününkiləşdirmək istəyir, tarixi saxtalaşdıraraq yenidən yazmağa cəhd edirlər...
Mayın 8-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq Hidayətin İrəvan həqiqətlərini əks etdirən "İrəvanda xal qalmadı” tarixi dramını yeni quruluşda və redaktədə təqdim etdi. Tamaşasının ayın 8-də göstərilməsi heç də təsadüfi seçilməmişdi. Məhz həmin gün 1992-ci ildə Qarabağımızın göz bəbəyi, Şərqin konservatoriyası sayılan Şuşamızın işğalından 25 il ötürdü. Hər birimiz üçün bu gün qara hərflərlə yazılıb. Təkcə bu gün deyil, rayonlarımızın işğal günləri bütün azəri xalqının qəlbində matəm günüdür.
Tamaşa haqqında
Qaçqın teatrı olan İrəvan Teatrımızın bu tamaşası Akademik Milli Dram Teatrında göstərildi. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Rolları Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalsov, Əhliman Ərşadlı, Niyaməddin Səfərəliyev, Zülfiyyə İsmayılova, Emin Sevdiməliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova, Elçin Hacıyev, Tural Xəlilzadə, Məryəm Qələndərova, Sevinc Hüseynova, Ayşən Mirzəyeva və Ruhiyyə Eyvazova ifa edirdilər. Tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhərlərindən olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edirdi. Əsərin əsas məğzi bu olsa da, əsas hadisə kimi yazıçı Sultanın yazdığı "Yurd” romanı, ona veriləcək dövlət mükafatı və Sultanın ətrafında cərəyan edən hadisələr kontekstində cəmlənmişdir.
Əsərdən oxucuya
Tamaşadan seyrçiyə...
Tarix boyu Azəri türkləri öz övladlarını mərd, igid böyütmüşlər. Onları beşikdə ana laylası ilə uyutmuşlar. Amma körpəyə onun düşmənini vaxtında göstərmədiyindən, qəlbində kin oyatmadığından əsrlərlə bunun peşmançılığını çəkmişlər. Həmin müddətdə isə, həmişə onun-bunun köləsi olmuş ermənilər türkü özlərinə düşmən bilmiş və yeni doğulan körpələrinə bunu təlqin etmişlər. Tamaşanın əvvəlində də qara geyimdə başlarında xaç şəklində təsvir olunan ermənilər yeni doğulan körpənin qulağına elə ilk bunu pıçıldayırlar: "Türk sənin düşmənindir”. Tək bu yox, əsrlər boyu yalnız azəriləri deyil, bütün türk sərkərdələrini, sultanlarını, xaqanlarını, türk dövlətlərini çökdürən, araya ixtilaf salan xristian qadınları olmuşlar. Elə bizim özümüzdə də illərlə erməni qadınlarını özlərinə xanım edən kişilərimiz sonda ya onların köləsinə çevrilib, ya da lazımsız əşya kimi tərk ediliblər.
Yazıçı Sultan Oğuz da vaxtilə onu çox sevən azəri qızı Firəngizin (Zülfiyyə İsmayılova) məhəbbətinə biganə olub, kor-koranə erməni qızı ilə evlənib, indi isə evdən qovulub, yurdsuz yuvasız qalıb. Lakin yenə də küçədə rast gəldiyi yalançı erməniyə kömək əlini uzadacaq qədər xeyirxah biridir. Çünki o bir türkdür. Amma milisin işgəncəsindən ermənini qurtararkən özü həmin milisin qəzəbinə tuş gəlir. Hər zaman yalanları ilə dünyaya car çəkən ermənilər tamaşada milisin timsalında göstərilir: öz paqonunu söküb yerə atır, papağını tullayır, öz-özünə işgəncə verərək gələn rəisinə türkün bunu etdiyini bildirib onu həbsə atdırmaq istəyir. Hətta "Qobusnamə”də belə bir kəlam var: "Ermənilərin eybi:bədfəl, kündə bədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir”. Lakin Sultanın məsləhətinə baxmayan Emil (Niyaməddin Səfərəliyev) də erməni qızı Sonaya evlilik təklif edir və sonda erməni gülləsinə tuş gəlir. Dramaturq və rejissor bununla göstərmək istəyir ki, bizim ən böyük bəlalarımızdan biri də elə budur ki, səhvlərimizdən nəticə çıxarmırıq, eyni səhvləri yenə təkrar edirik...
Bəzi çatışmayan məqamlar...
Düzdür, başda qeyd edilməlidir ki, İrəvan Teatrının kollektivi təmirsiz binada, ağır şəraitdə tamaşalar hazırlayır və bu tamaşaları özgə teatrların səhnələrində oynamalı olurlar. Amma bununla yanaşı, əllərindən gələni edirlər ki, bunun özünə də böyük alqış düşür.
Lakin təəssüf ki, "İrəvanda xal qalmadı” tamaşası fikrimizcə bəzi çatışmazlıqlardan da xali deyildi. Tamaşanı izləyərkən bəzən qəribə bir boşluğa düşürsən. Dəqiq bilmədim bu əsərdəndir, ya ki, tamaşadan... Tamaşa sanki ayrı-ayrı səhnələrdən ibarət bədii-kompozisiya idi. Əslində, bu da bir formadır və belə də ola bilərdi, amma və lakin...bir şərtlə ki, səhnələr arasında rabitə-əlaqə qırılmayaydı. Bəzi aktyorların oyununda da sönüklük vardı. Düzünə qalsa bircə cani-ürəkdən o acını yaşayan yazıçı Sultan (Əjdər Zeynalov) idi. Aktrisalar ümumiyyətlə nədənsə nigaran görünürdü, hərəkətlərində, davranışlarında bir narahatlıq, sıxıntı hiss olunurdu – bu hətta özünü bəzən quraşdırılmış dəmir pilləkənə ilişmələrdə, ani büdrəmələrdə büruzə verirdi.
Finalda tamaşada rəmzi Tarix obrazını canlandıran İftixar Piriyev diz çökərək seyrçilərin timsalında azəri xalqına müraciət etdi, onları Vətəni sevməyə çağırdı, tez bir zamanda Qarabağımıza, Zəngəzura, İrəvana, Göyçəyə və bütün işğal olunmuş ata-baba torpaqlarımıza qovuşmağı arzuladı, bu torpaqları düşmən tapdağından azad edərək qəbri dağıdılmış babalarımızın ruhlarını şad etməyə, şəhid olmuş oğulların qanını yerdə qoymamağa və heç olmasa yeni doğulmuş körpələrimizə yatmazdan öncə qulağına "Sən Türksən, Sən Böyük Türksən!” deyə pıçıldamağa səslədi...
Və biz də bütün bu arzulara Amin deyirik.
P.S. Ancaq bütün bunların olması üçün hər bir azərbaycanlının qanında vətənə sevgi olmalıdır. Çox təəssüflər olsun ki, bu sözlər bitər-bitməz, tamaşa hələ qurtarmamış seyrçilərin bəziləri zalı tərk etdilər. Nə qədər ki, bu sözlərə belə biganə baxanlar olacaq, nə qədər ki, eşidib unudacaqlar, nə qədər ki, birlik olmayacaq, o qədər də yuxuda yatacağıq... və o qədər də İrəvanda xal qalmayacaq...
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər