• çərşənbə axşamı, 16 aprel, 11:44
  • Baku Bakı 14°C

Sabah yağış yağacaq

14.05.17 13:00 1141
Sabah yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında buludluhavaşəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.
Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 12-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 15-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər