AZE | RUS | ENG |


Dubay saytı hamını Bakı Şopinq Festivalına dəvət edir

Dubay saytı hamını Bakı Şopinq Festivalına dəvət edir
Dubayın  PRLOG.ORG saytında dərc olunmuş "Azərbaycan 2017-ci ildə ərəb səyahət bazarında turizm təyinatı kimi irəli çıxır”  başlıqlı məqalədə ölkənin turizm potensialından bəhs edilir.
Cənubi Qafqazın iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü xatırladan sayt yazır ki, bu ölkə təkrarolunmaz təbiəti və çoxlu sayda mədəni, tarixi abidələri ilə turistlər üçün böyük maraq kəsb edir.
Məqalədə vurğulanır ki, Bakıda keçirilən şopinq festivalı kimi tədbirlər Azərbaycana gələn turistlər üçün xüsusi bir imkandır: "Azərbaycanda turistlərə xüsusi diqqət və qayğı ilə yanaşılır”.
Festivalın ölkədə davamlı keçiriləcəyini yazan müəllif qeyd edir ki, bu, turistlərə müxtəlif fəsillərdə Bakının qonağı olmaq imkanı verəcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN