Jurnalistlər üçün yeni müsabiqə elan olunub
Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GIZ)"Cənubi Qafqazda hüquq sahəsində Avropa
standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında "Miqrasiya hüququ: qanunvericilik və təcrübə” mövzusuna dair çap və elektron məqalələrin
müsabiqəsini elan edir.
Müsabiqəyə
miqrasiya prosesləri və onların nəticələri, o cümlədən əmək miqrasiyası və
bununla bağlı olan hüquqi və praktiki problemlər, Azərbaycan Respublikasında əcnəbilərin
və vətəndaşlığı olmayanların hüquqi vəziyyəti, müvəqqəti olmaları, müvəqqəti və
daimi yaşamaları və bununla bağlı olan problemlər,
tənzimlənməyən əmək miqrasiyası və qeyri-qanuni miqrantlarla bağlı olan risklər,
vətəndaşlıq və onun əldə edilməsi, miqrantların ölkə hüdudlarından çıxarılması
və bununla bağlı problemlər, əcənəbi və ya vətəndaşlığı olmayanlarla nikah
münasibətləri və onun tənzimlənməsi zamanı problemlər, Azərbaycan vətəndaşlarının
ölkədən çıxışına qoyulan məhdudiyyətlər və onun tətbiqi praktikasındakı
çatışmamazlıqlar və sui-istifadə halları, readmissiya məslələri, miqrasiya
prosesləri zamanı insan alveri və məcburi əməyə cəlb edilmə riskləri və
miqrasiya prosesləri ilə bağlı digər mövzularda təhlil və araşdırma xarakterli
məqalələr qəbul edilir.
Məqalələrin qiymətləndirilmə meyarları:
-Miqrasiya proseslərini əhatə edən
qanunvericiliyə və beynəlxalq normalara istinad etməklə normaların tətbiqi
zamanı meydana çıxan problemlər və onların təhlili;
-Miqrasiya prosesləri və onun nəticələri ilə bağlı olan problemlərin
obyektiv və subyektiv səbəbləri və onun hüquq normalarında
və praktikada həlli yolları ilə bağlı variantların təklif edilməsi;
-Yazının miqrasiya iştirakçıları olan emiqrant və imqrantların
hüquqlarının təmin olunması baxımıdan əhəmiyyəti;
- Yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər
tam əhatə etməsi, sadə dildə yazılması,
ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri,
başlığın orijinallığı).
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər
heyəti tərəfindən müəyyən olunacaq.
Qaliblər diplomlar və
aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
Birinci yer
– 700 AZN
İkinci yer
– 500
AZN
Üçüncü yer
– 400
AZN
Müsabiqənin texniki şərtləri:
1. Jurnalistlər müsabiqəyə 17 Aprel 2017-ci ildən 02 Iyun 2017-ci
ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən
məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə
bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti
ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik
olmalıdırlar.
2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya
jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in "Cənubi Qafqazda hüquq sahəsində
Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı
bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə
yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq
tələb olunur.
3. Müsabiqəyə müraciət üçün tələb olunan sənədlər:VÖEN-nin nüsxəsi