• şənbə, 20 Aprel, 20:31
  • Baku Bakı 24°C

Sabaha olan hava proqnozu açıqlanıb

23.01.17 13:00 959
Sabaha olan hava proqnozu açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasındahavaşəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya bildirilib ki, mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaşəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər