AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

İqtisadiyyat
26 Oktyabr 2016, 09:20 572
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 25-i ilə müqayisədə 0,5% bahalaşaraq 1,6291 manat təşkil edib.
 
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,56% möhkəmlənərək 1,7737 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 25-i ilə  müqayisədə 0,4% bahalaşaraq 0,0262 manat səviyyəsinə yüksəlib.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,76% möhkəmlənərək 0,5300 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9815 manatdır. Beləliklə, funt sterlinq 0,04%-lik artım nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,35% ucuzlaşaraq 0,6802 manat təşkil edib.