• cümə axşamı, 28 mart, 19:58
  • Baku Bakı 13°C

Sabahın hava proqnozu açıqlanıb

17.10.16 12:46 1142
Sabahın hava proqnozu açıqlanıb
Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti,Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlardasulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanıntemperaturu gecə 6-9° isti, gündüz 9-14°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8°isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər