• cümə, 19 Aprel, 23:46
  • Baku Bakı 24°C

Sabahın hava proqnozu açıqlanıb

05.10.16 12:21 896
Sabahın hava proqnozu açıqlanıb
Sentyabrın 6-da Bakı və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu yarımadada gecə 13-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər