• cümə, 29 Mart, 00:35
  • Baku Bakı 7°C

FHN əhaliyə müraciət edib

19.07.13 17:04 1435
FHN əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar olaraq əhaliyə müraciət edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, bu günlər respublika ərazisində güclü küləyin əsməsinə baxmayaraq istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlar əsas məsələni - şəxsi təhlükəsizliklərini yaddan çıxararaq dənizdə çimməyə can atırlar. Təbii ki, bu da bir sıra bədbəxt hadisələrin, insan həyatı üçün təhlükə yaradacaq halların baş verməsinə şərait yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün və sabah güclü şimal-qərb küləyinin əsəcəyi bildirilir. Çimərliyə gələn hər bir vətəndaş FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin tələblərinə sözsüz əməl etməli, küləkli və dalğalı havada dənizdə çimməyi müvəqqəti dayandırmalıdır. Çünki küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir.
banner

Oxşar Xəbərlər