• cümə, 29 Mart, 18:55
  • Baku Bakı 14°C

İlin sonuna kimi Azərbaycan tamamilə rəqəmsal TV siqnalı ilə əhatə olunacaq

28.08.13 18:46 1119
İlin sonuna kimi Azərbaycan tamamilə rəqəmsal TV siqnalı ilə əhatə olunacaq
"İlin sonuna kimi Azərbaycan əhalisi 100 faiz rəqəmsal televiziya siqnalı ilə əhatələnəcək". Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun hakim Yeni Azərbaycan partiyasının saytında yayımlanan müsahibəsində bildirilir.
Nazirin sözlərinə görə, ölkə əhalisinin 93.8 faizinin yaşadığı ərazilərdə rəqəmli televiziyanın yayım imkanlığı yaradılıb. Bu gün Azərbaycanda 25 televiziya kanalı və 15 radio proqramı mövcuddur ki, televiziya və radio proqramlarının əhali üzrə yayım əhatəsi təqribən dövlət proqramları üzrə 90-100 faiz, özəl proqramlar üzrə 80-85 faiz təşkil edir.
Nazirin sözlərinə görə, ötən 10 il ərzində qeydə alınan inkişaf tempini statistik rəqəmlər daha əyani xarakterizə edir. Qeyd olunan müddətdə sektorda orta illik artım tempi 20-25 faiz təşkil etmiş, sektor hər 3 ildə 2 dəfə genişlənmış və sektorun həcmi təqribən 6 dəfədən çox artaraq təxminən 2.0 milyard dolları ötüb. Bundan başqa, sahə üzrə gəlirlərdə özəl sektorun payı 67,4 faizdən 80,0 faizə yüksəlib. Nazirin sözlərinə görə, son 10 il ərzində sektora təqribən 2,5 milyard dollar investisiya yatırılıb.
2008-ci ildə MDB regionunda ilk dəfə Azərbaycanda bütün ölkə ərazisinin tam telefonlaşdırılması təmin edilib. Eyni zamanda, 2010-cu ildə MDB-də ilk dəfə olaraq ölkəmizdə telefon şəbəkəsi tam elektronlaşdırılıb. Hazırda telefon şəbəkəsinin təqribən 40 faizi NGN (Next Generation Network) texnologiyası əsasında yenidən qurulub. Son 10 ildə hər 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı 11.5 ədəddən 18,6 ədədə yüksəlmişdir.
Son 10 il mobil abunəçilərin sayının 7 dəfə artaraq 10,1 milyonu ötməsi kimi faktlarla da xarakterizə edilir. Nazir, həmçinin 2013-2015-ci illərdə reallaşdırılmasına 433 milyon manatın xərclənəcəyi genişzolaqlı internetin inkişafı layihəsindən də danışıb. Layihə "Hər evə optika" prinsipi üzrə reallaşdırılacaq və ölkənin bütün yaşayış məntəqələrini əhatə edəcək.
banner

Oxşar Xəbərlər