• çərşənbə, 17 Aprel, 02:51
  • Baku Bakı 14°C

Sabah üçün hava proqnozu

13.11.13 12:13 1106
Sabah üçün hava proqnozu
Noyabrın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam isə buludluğunun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 14-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq. Bəzi cənub və şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər