• çərşənbə, 24 Aprel, 19:42
  • Baku Bakı 23°C

Azərbaycan klubunda yeni baş məşqçi

22.11.13 09:27 1582
Azərbaycan klubunda yeni baş məşqçi
“Telekom” voleybol klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun “Rabitə”yə təyinatından sonra boş qalan vəzifə Vasif Talıbova həvalə edilib.
40 yaşlı mütəxəssis “Telekom”a Ukrayna çempionatının hazırkı lideri VNAU klubundan gəlib.
Belə ki, Vinnitsa təmsilçisində köməkçi məşqçi işləyən Talıbov idmançı karyerasını başa vurduqdan sonra Azərbaycandan ayrılaraq, bu ölkədə çalışmağa başlayıb. Onun hətta bir müddət öncə yığmamıza baş məşqçi gətirilməsi gündəmdə idi.
Milli komandamızda və “Metro”da oynamış mütəxəssisin qarşısına “Telekom”un yaxşı çıxışı və buradakı gənc voleybolçuların əsas komandaya hazırlanması məqsədi qoyulub.
Qeyd edək ki, ilk turda “Rabitə”yə uduzan “Telekom” sabah “Lokomotiv”lə oyuna məhz Talıbovun rəhbərliyi altında çıxacaq. O, artıq Bakı təmsilçisinin üzlərinə də təqdim edilib.
banner

Oxşar Xəbərlər