• cümə, 29 Mart, 09:18
  • Baku Bakı 5°C

Yol polisi sürücülərə müraciət etdi

12.12.13 09:29 1282
Yol polisi sürücülərə müraciət etdi
Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti bəzi magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb.
Quba-Qusar və İsmayıllı-Muğanlı magistral yollarında buzlaşma müşahidə olunsa da, yollar nəqliyyatın hərəkəti üçün açıqdır: “Yollar qardan təmizlənir, nəqliyyatın hərəkəti tənzimlənir. Lakin hər hansı hadisənin baş verməməsi üçün sürücülərdən diqqətli olmaları tələb edilir. Sürücülərdən idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmələri, yüksək sürətdən uzaq olmaları xahiş olunur”.
K. Əliyevin sözlərinə görə, ötən gün respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də yağmurlu hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. İdarədən APA-ya bildirilib ki, qarlı hava şəraiti paytaxtın bəzi yollarında tıxaca səbəb olub. Hazırda yol polisi paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər görür.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi də paytaxtın bəzi yollarında təhlükəli vəziyyətin hələ qaldığını nəzərə alaraq, sakinləri mümkün qədər şəxsi avtomobillərindən az istifadə etməyə çağırıb, əsasən ictimai nəqliyyata üstünlük vermələrini xahiş edib.
banner

Oxşar Xəbərlər