• cümə, 19 Aprel, 05:20
  • Baku Bakı 18°C

Yol polisi sürücülərə müraciət etdi

31.01.14 09:04 1277
Yol polisi sürücülərə müraciət etdi
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə yolları buz bağlayıb və nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.
Onun sözlərinə görə, Bakı-Şamaxı yolunda yolun səthi buz bağlayıb. Bakı-Quba yolunun 83-cü kilometrliyinə qədər isə yol açıqdır: “Lakin 83-cü kilometrdən sonra yolun mərkəzi hissəsini buz bağlayıb. Bakı-Qazax yolunda da qar yağır, nəqliyyatın hərəkətində problemlər var. Ağsu-İsmayıllı yolunda isə gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşıb. Lakin həmin istiqamətdə yollar qardan və buzdan təmizlənir”.
K.Əliyev sürücülərə müraciət edərək, qeyd olunan yollardan mümkün qədər az istifadə etmələrini və ehtiyatlı olmalarını tövsiyə edib. O, qarlı yollarda hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini tövsiyə edib.
K.Əliyev həmçinin qeyd edib ki, ötən gecə respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Ən ağır yol qəzası Ağstafa rayonunda qeydə alınıb. Avtomobil körpüdən qatarlar üçün nəzərdə tutulmuş elektrik naqillərinin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.
Qarlı və şaxtalı hava Bakının yollarında da problemlər yaradıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, Nəqliyyat Nazirliyinin "Azəravtoyolsevis" ASC-nin texnikası yolların təmizlənməsinə cəlb edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
banner

Oxşar Xəbərlər