• çərşənbə axşamı, 23 aprel, 12:36
  • Baku Bakı 24°C

İstehlakçıların aldadılmasının qarşısı alınıb

23.04.14 13:32 1082
İstehlakçıların aldadılmasının qarşısı alınıb
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən “Garadagh Strongcem” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 300 və 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunub.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirib ki, yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 50kq±2% və 40kq±2% göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu aşkar edilib. Bundan başqa, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmamış və nişanlanmamış ölçü cihazlarından istifadə edildiyi müəyyənləşdirilib. Qeyd olunan qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “Garadagh Strongcem” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər