• cümə axşamı, 25 aprel, 13:07
  • Baku Bakı 23°C

Yağış yağacaq - Proqnoz

10.06.14 11:56 1041
Yağış yağacaq - Proqnoz
İyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
İyunun 11-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər