• cümə, 29 Mart, 02:55
  • Baku Bakı 7°C

Havalar pisləşəcək - Xəbərdarlıq

20.06.14 12:24 998
Havalar pisləşəcək - Xəbərdarlıq
Gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var, temperatur 3-5 dərəcə düşəcək

Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək. APA-nın məlumatına görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq yayıb.
Xəbərdarlıqda bildirilir ki, ölkə ərazisində iyunun 21-dən 22-nə keçən gecədən başlayaraq qərb, şimal-qərb küləyinin güclənəcəyi, iyunun 22-si gün ərzində, 23-ü axşamadək əsasən Kür vadisi rayonlarında və Abşeron yarımadasında daha güclü olacağı gözlənilir.
Gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə düşəcək.
banner

Oxşar Xəbərlər