• şənbə, 20 Aprel, 14:12
  • Baku Bakı 23°C

20 min dolları gömrükdə tutuldu

30.07.16 12:26 1140
20 min dolları gömrükdə tutuldu
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qeyri-qanuni yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Bakı-Urumçi aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı çantasını rentgen aparatına qoyub keçərkən hərəkətləri gömrük əməkdaşındaşübhə doğurub və saxlanılaraq çantasına baxış üçün yoxlama otağına dəvət olunub.
Yoxlamadan öncə həmin şəxsə çantasının içərisindəki bəyan ediləsi əşyaların könüllü şəkildə təqdim edilməsi təklif olunub və o çantasında 20 000 ABŞ dollarının olduğunu bildirib.
Yoxlama zamanı çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 20 000 dolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər