• cümə axşamı, 28 mart, 17:37
  • Baku Bakı 16°C

18 rus qızı Bakıya gəlir

12.05.14 12:49 1613
18 rus qızı Bakıya gəlir
Rusiya millisinin UEFA-nın 18 yaşadək qızlar arasında Bakıda təşkil edəcəyi “İnkişaf” turniri üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Şaqov paytaxtımıza 18 futbolçu gətirəcək.
Hazırlıqlara başlayan ruslar Bakıya gəlməzdən öncə sabah “Çertanovo” ilə yoxlama oyunu keçirəcək. Maraqlıdır ki, yığmaya çağırılmış 5 futbolçu məhz bu Moskva təmsilçisinin şərəfini qoruyur:
Qapıçılar - Anastasiya Ananyeva (UOR Zveniqorod), Yelizaveta Şerbakova (“Rossiyanka” Krasnoarmeysk);
Müdafiəçilər – Yekaterina Alekseyeva, Olqa Pavlova, Kseniya Cinikaşvili (hamısı “Çertanovo” Moskva), Anastasiya Kalinina (“Ryazan-VDV” Ryazan), Yekaterina Malışeva (“Zorkiy” Krasnoqorsk), Kseniya Şaxova (“Çerepovets”);
Yarımmüdafiəçilər – Anastasiya Beryozina (“Çertanovo” Moskva), Yuliya Boçarkina, Natalya Maşina (hər ikisi “İzmaylovo” Moskva), Arina Kolesnikova, Vera Simanovskaya, Olqa Çernova (hamısı “Rossiyanka” Krasnoarmeysk);
Hücumçular – Mariya Trofimova (“Zvezda-2005” Perm), Nadejda Smirnova (“Rossiyanka” Krasnoarmeysk), Yana Xotıreva (“Tsaritsıno” Moskva), Marqarita Çernomırdina (“Çertanovo” Moskva).
Qeyd edək ki, millimiz bu turnir çərçivəsində mayın 14-də İsrail, 16-da isə Rusiya ilə qarşılaşacaq. Yığmamızın qonaqları isə bir-birləri ilə mayın 15-də üz-üzə gələcək. Bayılda keçiriləcək bütün oyunlar saat 14:00-da başlayacaq. U-18-in ilk oyunu “İdman Azərbaycan” və affatv.az vasitəsilə canlı yayınlanacaq.
banner

Oxşar Xəbərlər