• cümə, 29 Mart, 02:54
  • Baku Bakı 7°C

“18 medalın nə olduğunu təsəvvür etmək çox çətindi”

24.08.16 11:19 1472
“18 medalın nə olduğunu təsəvvür etmək çox çətindi”
"İdmançılarımız Olimpiadadan böyük qələbə, böyük uğurla qayıdıblar. 18 medalın nə olduğunu təsəvvür etmək çox çətindi”.
Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingüz Hüseynzadə deyib.
Qurum rəsmisi Azərbaycan yığmasının Rio-De-Janeyro Yay Olimpiya Oyunlarında çıxışına münasibət bildirib. Onun sözlərinə görə, yığmamızın Olimpidada 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanması tarixi hadisə və böyük uğurdu: "Biz 18 medalla dünyada ilk "15-lik”dəyik. 56 idmançılarımızdan 18-i, yəni 1/3-i medal qazanıb. Hansısa ölkədə belə nəticə yoxdu və bu siyahıda birinciyik”.
Qeyd edək ki, Azərbaycan millisi Rio-2016-da rekord sayda medal qazanıb.
banner

Oxşar Xəbərlər