• çərşənbə axşamı, 23 aprel, 18:54
  • Baku Bakı 20°C

16 il əvvəl ona da, Alleqriyə də lağ edirmişlər

25.12.19 14:37 592
16 il əvvəl ona da, Alleqriyə də lağ edirmişlər
"Yuventus”un baş məşqçisi Mauritsio Sarri 16 il əvvəl – 2003-cü ildə üzləşdiyi hadisə barədə danışıb.
Kaspi.az xəbər verir ki, həmin vaxt Sarri və "Yuve”nin sabiq məşqçisi Massimiliano Alleqri C divizionunda çalışırmış. Sarrinin komandası "Sancovaneze” Alleqrinin baş məşqçi olduğu "Alyaneze” ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Komandalar oyun ərzində qapıya bircə zərbə də endirə bilməyiblər.
Qarşılaşmadan sonra Sarrinin dostu ona belə deyib: "Əgər siz iki nəfər məşqçisinizsə, onda bu işi hər kəs bacarar”.
Sarri bildirib ki, həmin vaxt Alleqri ilə ona heç kim inanmırmış.
banner

Oxşar Xəbərlər