• cümə, 19 Aprel, 18:30
  • Baku Bakı 24°C

152 dəqiqə oynadı, 25 milyona aldılar

19.02.20 13:21 2250
152 dəqiqə oynadı, 25 milyona aldılar
Almaniya yığmasının üzvü Əmrə Can Dortmund "Borussiya”sı ilə müqavilə bağlayıb.
Kaspi.az xəbər verir ki, "Borussiya” Əmrənin müqavilə hüququnu "Yuventus”dan alıb. 26 yaşlı futbolçunun müqaviləsi bu ilin iyulun 30-dan qüvvəyə minəcək və 2024-cü ilin yayına qədər davam edəcək.
Dortmund klubu onun transferi üçün "Yuventus”a 25 milyon avro ödəyəcək. Bu vəsait 3 transfer ili müddətində ödəniləcək.
Əmrə "Borussiya”ya bu ilin yanvar ayında icarə əsasında qoşulmuşdu. O, Dortmund klubunun heyətində 152 dəqiqə meydanda olduqdan sonra klub rəhbərliyi onu tam əsasla transfer etmək barədə qərar qəbul edib.
banner

Oxşar Xəbərlər