1,5 milyondan imtina etməlidir - Qalmaq istəyirsə
İker Kasilyasın gələcək karyerası ilə bağlı məsələyə hələ də aydınlıq
gəlməyib.
Kaspi.az xəbər verir ki, Kasilyasın "Portu”da qalmaq ehtimalı var.
Ancaq bunun üçün o, məvacibinin azaldılmasına razı olmalıdır.
Hazırda "Portu”da maliyyə böhranı yaşanır. Komanda Kasilyasa yüksək
məvacib vermək iqtidarında deyil. İker illik məvacibinin 1,5 milyon avro
azaldılmasına razılıq versə, klub onunla yeni müqavilə bağlayacaq.
Kasilyasın xidmətində bir neçə klub maraqlıdır. Onu "Sevilya”, PSJ,
"Napoli” və "Antalyaspor” heyətə cəlb etmək istəyir.