• cümə axşamı, 28 mart, 16:04
  • Baku Bakı 16°C

15 il əvvəl Qvardiolanı çalışdırırdı, indi isə...

10.06.20 11:22 685
15 il əvvəl Qvardiolanı çalışdırırdı, indi isə...
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın ştabına yeni mütəxəssis daxil olub.
Kaspi.az xəbər verir ki, ispan məşqçi Xuan Manuel Lil bundan sonra Peplə birgə çalışacaq. O, müqavilə bağladıqdan sonra belə deyib:
"Mançester Siti”nin məşqçilər korpusuna qoşulduğum üçün xoşbəxtəm. Peplə uzun illərdir ki, tanışam. Onun möhtəşəm komandasının bir hissəsi olacağım üçün şadam”.
Qvardiola peşəkar futbolçu karyerasının son ilini Meksikanın "Dorados De Sinaloa” klubunda keçirib. Həmin vaxt klubun baş məşqçisi məhz Lil olub.
banner

Oxşar Xəbərlər