• cümə axşamı, 25 aprel, 14:51
  • Baku Bakı 23°C

15 il əvvəl cinayət törətmiş şəxs Azərbaycana gətirilib

20.09.13 13:37 1033
15 il əvvəl cinayət törətmiş şəxs Azərbaycana gətirilib
1998-ci ildə qulluq etdiyi hərbi hissədə cinayət törətmiş şəxs Ukraynada həbs edilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sabirabad rayonunun Suqovuşan kəndinin sakini 1973-cü il təvəllüdlü Məhərrəm Heydərov 1198-ci ildə hərbi xidmətdə olduğu hərbi hissədə cinayət törədib. O silah qismində olan əşya ilə (soyuq silah) zabiti vurub. Daha sonra hərbi hissəni özbaşına tərk edən M.Heydərov Azərbaycanı tərk etməyi bacarıb.
Hüquq-mühafizə orqanlarının M.Heydərovun ailə üzvləri və yaxınları ilə apardığı söhbətlər və digər profilaktik tədbirlər 15 il sonra nəticə verib. Məlum olub ki, hərbi cinayətə görə axtarışda olan şəxs Ukraynanın paytaxtı Kiyevdə yaşayır. Bu günlərdə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları M.Heydərovun valideyni və digər yaxınları ilə birlikdə Kiyevə yollanıb və orada M.Heydrovla görüşüb. Polis əməkdaşları onu Bakıya gətirərək Hərbi Prokurorluğa təhvil verib.
Qyed edək ki, M.Heydərov Cinayət Məcəlləsinin 330.2-ci (rəisə qarşı zorakılıq, silah tətbiq edilməklə törədildikdə) maddəsi ilə axtarışda olub. Hazırda onun barəsindəki cinayət işinin istintaqı davam etdirilir.
banner

Oxşar Xəbərlər