• cümə axşamı, 25 aprel, 21:23
  • Baku Bakı 21°C

14 illik münasibətdən sonra evləndi

22.10.19 14:30 733
14 illik münasibətdən sonra evləndi
Məşhur ispan tennisçi Rafael Nadal evlənib.
Kaspi.az xəbər verir ki, Nadal 14 il münasibətdə olduğu Marii Perello ilə rəsmi nikah bağlayıb. Mərasim Mayorka adasında keçirilib.
Nadal 350 nəfərə dəvət göndərib. Dəvətlilər arasında İspaniyanın sabiq kralı Xuan Karlos, tennisçilər David Ferrer, Felisiano Lopes və başqaları olub.
Nadal ailə məsələlərində mühafizəkar olduğu üçün mətbuata açıq olmayıb. Elə onun toy şəkillərindən də mətbuata çox az sızıb.
banner

Oxşar Xəbərlər