AZE | RUS | ENG |


13 avqust Ümumdünya Solaxaylar Günüdür

13 avqust Ümumdünya Solaxaylar Günüdür
Hər il avqustun 13-ü Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur.1992-ci ildə Britaniya Solaxaylar Klubu həmin günün qeyd olunması təşəbbüsü ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, hazırda dünya əhalisinin 800-900 milyon nəfəri solaxaydır. Adətən gündəlik həyatda sol əldən istifadə edənləri solaxay adlandırırlar. Əslində isə solaxaylıq və soləllilik anlayışları eyni deyil. Solaxaylıq daha geniş şəkildə özünü bütün cüt orqanlarda göstərir. Solaxay həm də sol solayaqlı, solqulaqlı və solgözlü olur, lakin bunu 5 yaşdan sonra müəyyən etmək mümkündür.

Aparıcı gözü müəyyənləşdirmək üçün kağız vərəqi boru şəklində burulur və uşaq onun vasitəsilə baxır. Həmin vaxt uşaq baxmaq üçün borunu hansı gözünə tutursa, o da əsas sayılır. Əsas qulağı tapmaq üçün stolun üstünə saat qoyulur, onun səsinin uşağın hansı qulağı ilə dinləməsinə fikir verilir. Əli müəyyən etmək isə daha asandır. Bundan ötrü uşağın hansı əllə qaşıq tutmağına, şəkil çəkməyinə, top atmasına diqqət yetirmək lazımdır. Həmin sınaq və yoxlamaların məqsədini uşağa hiss etdirmək lazım deyil. Uşağın solaxay olduğu müəyyən ediləndən sonra onda maraqlı keyfiyyətlər üzə çıxa bilər. Onların geniş fantaziya, hissiyyat, musiqi duyumu və yaxşı yaddaşı olur. Bundan başqa, solaxaylar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinal və obrazlı düşüncələri ilə fərqlənirlər. Onlarda həmin keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsi inkişaf edir. Sağvərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və yazıb-oxumaq texnikasına görə cavabdehlik daşıyır.

Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, beynin sağ yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20 faiz, sağvərdişlilərdə 5 faizdr.

Valideynlər həmişə solaxay uşaqların sağ əldən istifadə etməsinə çalışırlar. Sağ əllə hərəkət etmək solaxaylar üçün əsl stress və əzablı işdir. Məktəbə gedən solaxay uşağın problemi əlindəki qələmi soldan sağa keçirmək istəyəndə başlayır. Əslində buna çalışmaq qətiyyən düzgün deyil. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazı yazarkən problemlər yarana bilər. Uşağın "hamı kimi" olmaması qorxulu deyil, sadəcə olaraq onun tərbiyəsində bəzi qaydalara əməl etmək lazımdır.

Alimlərin fikrincə, solaxayların say çoxluğu cəmiyyətin intellektual səviyyəsini yüksəldir. Son yüz ildə Böyük Britaniyada solaxayların sayının dörd dəfə artmasını qadınların daha gec yaşlarda ana olması ilə əlaqələndirirlər. Statistikaya görə, belə qadınların dünyaya gətirdikləri uşaqların solaxay olmaq ehtimalı daha çoxdur. London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların say çoxluğu riyaziyyat, incəsənət və idman sahəsində istedadların meydana çıxmasına səbəb ola bilər.

Solaxaylar əsasən yaradıcı istedadlarına görə fərqlənirlər. Rəssamlar, aktyorlar və siyasi xadimlər arasında onlar xüsusilə çoxluq təşkil edirlər. Məşhurlar arasında olan solaxaylara Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Makedoniyalı İsgəndər, Janna d’Ark, Napoelon Bonapart, Uinston Çorçill, Albert Eynşteyn, Bryus Uillis, fizik Maksvell, Bill Klinton, Corc Buş (oğul), Bill Qeyts, Melin Monro, Pol Makartni, Robert de Niro, Tom Kruz, Nikol Kidman, Mark Tven, Bethoven, Sergey Raxmaninov və başqalarını misal göstərmək olar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7078
GBP 1 İngilis funt sterlinqi 2.1893
TRY 1 Türk lirəsi 0.4808
KWD 1 Küveyt dinarı 5.6309
SEK 1 İsveç kronu 0.2106
EUR 1 Avro 1.9972
CHF 1 İsveçrə frankı 1.7483
USD 1 ABŞ dolları 1.7008