• şənbə, 20 Aprel, 10:25
  • Baku Bakı 14°C

11 ayda əkin sahələrindən 3 milyon tondan çox məhsul götürülüb

17.12.16 16:16 838
11 ayda əkin sahələrindən 3 milyon tondan çox məhsul götürülüb
Dekabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,3 min hektar əkin sahəsindən 3 milyon 60,1 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,4 min ton çox məhsul götürüb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Məhsul yığımı başlanandan dekabr ayının 1-dək sahələrdən 880,2 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,7 min ton çox kartof, 1 milyon 235,4 min ton (21,3 min ton az) tərəvəz, 464,5 min ton (20,0 min ton az) bostan məhsulları, 876,2 min ton (4,4 min ton az) meyvə və giləmeyvə, 134,4 min ton (18,4 min ton az) üzüm, 1002,1 ton (426,2 ton çox) yaşıl çay yarpağı, 283,5 min ton (114,6 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3 milyon 594,0 ton (127,9 ton çox) tütün yarpağı yığılıb.
banner

Oxşar Xəbərlər