11 ayda Azərbaycandan 1,4 milyon tonadək neft məhsulları ixrac olunub
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 1 milyon 388 min 452 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Ötən dövrdə ixrac edilən neft məhsullarının dəyəri isə 358 milyon 277 min ABŞ dolları olub.
Bu barədəAZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.