• çərşənbə axşamı, 16 aprel, 12:39
  • Baku Bakı 19°C

100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

02.11.18 13:22 575
100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
Son dövrlər Azərbaycanda korrupsiyaya və neqativ hallara qarşı mübarizənin gücləndiririlməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq və tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan artıq hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
O qeyd edib ki, 2007-ci illə müqayisədə hakimlərin sayı 2 dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində institusional tədbirlər də görülüb.
banner

Oxşar Xəbərlər