10 yaşlı MY fanatı Kloppa məktub yazdı ki, uduzun
"Mançester
Yunayted”in 10 yaşlı azarkeşi Dara Kyörli "Liverpul”un baş məşqçisi Yurgen
Kloppa məktub yazıb.
Kaspi.az xəbər
verir ki, o, Kloppdan "Liverpul”un məğlub olmasını istəyib. Yurgen azyaşlı
fanata cavab yazıb. Daranın məktubunda deyilir:
"Liverpul”
ardıcıl qələbələr qazanır. Belə davam etsə, siz İngiltərədə məğlubiyyətsiz
oyunlar seriyasına görə rekordu təzələyəcəksiniz. Bu da MY fanatlarının həyatını
kədərli edir.
Buna görə də
xahiş edirəm, elə edin ki, "Liverpul” növbəti oyunda məğlub olsun. Siz, sadəcə
elə etməlisiniz ki, rəqib komanda qol vura bilsin”.
Klopp ona belə
cavab yazıb: "Əziz Dara! Öncə məktuba görə sənən təşəkkür edirəm. Bilirəm ki,
bu məktubda mənə uğur arzulamayıbsan. Amma bütün hallarda gənc futbol
azarkeşindən məktub almaq xoşdur. Mən sənin məktubuna böyük dəyər verirəm.
Təəssüf ki, bu dəfə
sənin istəyini yerinə yetirə bilməyəcəyəm. Sən istəyirsən ki, "Liverpul”
uduzsun, amma mənim də işim ondan ibarətdir ki, komandanın qələbə qazanması
üçün əlimdən gələni edim. Dünyada "Liverpul”un milyonlarla azarkeşi var. Onları
kədərləndirə bilmərəm”.