• şənbə, 27 Aprel, 02:18
  • Baku Bakı 14°C

1 ABŞ dollarının məzənnəsi bu gündən 1,05 manat oldu - Rəsmi

21.02.15 11:39 539
1 ABŞ dollarının məzənnəsi bu gündən 1,05 manat oldu - Rəsmi

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir.
Məlumata əsasən, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.
“Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək”, - deyə bəyanatda vurğulanır.
banner

Oxşar Xəbərlər