Qurucu lider – qalib Prezident
Prezident İlham Əliyevin
qətiyyətli iradəsi və rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanmış İkinci
Qarabağ müharibəsi noyabrın 10-da qalibiyətlə başa çatıb. Bu müharibə son əlli ildə dünyada
yaşanan müharibələr içərisində "qısa müddət ərzində çox böyük effektli sonluqla
yekunlaşan müasir müharibə nümunəsi” kimi tarixə düşəcəkdir. Mövcud müharibə
nəticəsində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların- BMT, ATƏT
və s. kimi nüfuzlu təşkilatların "sülhyaratma dəhlizləri”ndə düyünə salınmış və
"həlli çox çətin münaqişələr” siyahısına daxil edilmiş Dağlıq Qarabağ
münaqişəsi və işğal problemini öz gücü ilə həll etdi.
30 ilə yaxın bir müddətdə erməni işğalı altında tapdanan tarixi torpaqlarımız və yüzlərlə yaşayış məskənlərimiz geri qaytarıldı. Ev-eşiyindən didərgin salınmış yüz minlərlə vətəndaşımızın öz doğma yurd-yuvasına qayıdışına şərait yaradıldı.
İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmini, lazımi anda öz dövləti və rəhbəri ətrafında birləşmək bacarığını nümayiş etdirdi. Bu gün tam məsuliyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı- Prezident İlham Əliyevin erməni işğalçılarına qarşı Qarabağda həyata keçirdiyi VƏTƏN MÜHARİBƏSİ gələcəkdə dünyanın çoxsaylı hərbi və siyasi tarix kitablarına daxil edilərək, xalqımıza qürur yaşadacaqdır!
Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizmi 90-cı illərin əvvəllərində daha da aqressivləşmiş, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilmiş, 1 milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdi. Eyni zamanda, SSRİ-nin süqutu ilə respublikanın ənənəvi iqtisadi və ticarət əlaqələri pozulmuş, maliyyə-iqtisadi və siyasi böhran dərinləşmişdi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtdıqdan sonra ölkə tədricən bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli birlik və vətəndaş həmrəyliyi yaradıldı, cəmiyyət həyatının bütün sahələrində yenidənqurma prosesi başlandı. Müstəqil dövlətimizin qurucusu və banisi, ümummilli liderimiz Heydər Əliyev 17 ildir ki, aramızda yoxdur. Lakin onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik ənənələri, şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan Respublikası inkişaf edir və yeni-yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.
1. Fədakarlıq (özünü işinə və amallarına həsr etmək);
2. Öz amalı və işi qarşısında məsuliyyət hissi daşımaq;
3. Yüksək daxili inam və təmkin qabiliyyətinə malik olmaq, reallıqların təsiri və təzyiqinə qarşı təmkinli davranmaq, hadisələrin fövqünə qalxa bilmək.
Maks Veberin fikrinə görə, hər bir siyasətçi bu keyfiyyətlərə nə qədər çox malik olursa, o lider mövqeyinə daha çox yaxınlaşır və yüksəlir.
Tanınmış amerikalı alim, dünyada siyasi psixologiya üzrə aparıcı mütəxəssislərdən sayılan Marqaret C.Herman isə siyasi liderləri belə təsnif edir:
1. Lider-bayraqdar: bu tip liderlərin öz orijinal siyasi hədəfləri olur və həmin hədəflər naminə insanları öz arxasınca aparmaq bacarığına malik olurlar;
2. Lider-xidmətçi: bu tip liderlər öz ardıcıllarının maraqlarını dəqiq ifadə edərək, həmin maraqları məsuliyyətlə realizə etmək qabiliyyətinə malik olurlar.
30 ilə yaxın bir müddətdə erməni işğalı altında tapdanan tarixi torpaqlarımız və yüzlərlə yaşayış məskənlərimiz geri qaytarıldı. Ev-eşiyindən didərgin salınmış yüz minlərlə vətəndaşımızın öz doğma yurd-yuvasına qayıdışına şərait yaradıldı.
İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmini, lazımi anda öz dövləti və rəhbəri ətrafında birləşmək bacarığını nümayiş etdirdi. Bu gün tam məsuliyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı- Prezident İlham Əliyevin erməni işğalçılarına qarşı Qarabağda həyata keçirdiyi VƏTƏN MÜHARİBƏSİ gələcəkdə dünyanın çoxsaylı hərbi və siyasi tarix kitablarına daxil edilərək, xalqımıza qürur yaşadacaqdır!
Sabah Müzəffər Ali Baş Komandan- Prezident İlham Əliyevin Doğum
Günüdür. Fürsərdən istifadə edərək, həm bu münasibətlə, həm də VƏTƏN
müharibəsindəki şanlı qələbə münasibətilə Prezidentimizi və xalqımızı, qəlbi
Azərbaycanla döyünən çoxmilyonlu soydaşlarımızı , Şanlı Ordumuzun bütün əsgər
və zabitlərini və möhtəşəm qələbənin təmin olunmasında əməyi keçən hər bir vətəndaşımızı
ürəkdən təbrik edirəm!
Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizmi 90-cı illərin əvvəllərində daha da aqressivləşmiş, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilmiş, 1 milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdi. Eyni zamanda, SSRİ-nin süqutu ilə respublikanın ənənəvi iqtisadi və ticarət əlaqələri pozulmuş, maliyyə-iqtisadi və siyasi böhran dərinləşmişdi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtdıqdan sonra ölkə tədricən bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli birlik və vətəndaş həmrəyliyi yaradıldı, cəmiyyət həyatının bütün sahələrində yenidənqurma prosesi başlandı. Müstəqil dövlətimizin qurucusu və banisi, ümummilli liderimiz Heydər Əliyev 17 ildir ki, aramızda yoxdur. Lakin onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik ənənələri, şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan Respublikası inkişaf edir və yeni-yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.
Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu
yəqin edən Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu
siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək, 76,8 faiz səslə
onu Prezident seçdi. Bu tarix həm də ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən təməli qoyulan, 1991-ci ildən isə yenidən bərpa edilən
milli demokratik dövlətçilik tariximizin xüsusi mərhələsinin başlanğıcı kimi
xarakterizə oluna bilər.
İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq
nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara
söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi
"Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa
müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və güclü etibar
qazandırdı. Elə bu səbəbdən 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən
növbəti prezident seçkilərində də İlham Əliyev Azərbaycan xalqının böyük
dəstəyi ilə yenidən inamlı qələbə qazandı.Siyasətşünasların qənaətinə görə, Azərbaycanda Heydər Əliyev siyasi
kursunun davam etməsi və ölkənin onun müəyyənləşdirdiyi inkişaf yolu ilə
getməsinin qarantı rolunda məhz Ümummilli Liderin "özü qədər inandığı və yüksək
liderlik keyfiyyətlərinə güvəndiyi” İlham Əliyev çıxış edə bilərdi. Sonrakı
proseslər də sübut etdi ki, müasir Azərbaycan dövlətinin xilaskarı və banisi
Heydər Əliyev öz seçimində qətiyyən yanılmayıb və onun siyasi kursunun
davamçısı olan Prezident İlham Əliyev öz ölkəsini sonrakı dinamik inkişaf
yoluna çıxara bilmiş, yeni idarəçilik modeli ortaya qoyaraq AZƏRBAYCANIN QURUCU
LİDERİ kimi özünü təsdiq etmişdir.
Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq, ilk növbədə,
ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi
platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi, siyasi plüralizmi,
demokratik təsisatları və vətəndaş cəmiyyəti institutlarını daha da
möhkəmləndirmiş, əhalinin təhlükəsizliyini, insanların hüquq və azadlıqlarının
qorunmasını və ölkənin əmin-amanlığını təmin etmişdir. Bununla yanaşı, haqqında
bəhs olunan dövrdə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı, transmilli
layihələrin reallaşdırılması, ictimai və mənəvi həyatın modernləşdirilməsi,
təsərrüfat və turizm sektorlarının genişləndirilməsi, şəhər və kəndlərin,
xidmət və infrastrukturların yenilənməsi və s. sahələrdə geniş yenidənqurma
işləri həyata keçirilmişdir. Görülən işlər qısa zaman kəsiyində vətəndaşların
rifah halının getdikcə yüksəldilməsinə, əhalinin sosial müdafiəsinin
gücləndirilməsinə, bazar iqtisadiyyatına çətin uyğunlaşan şəhid ailələrinə, müharibə
veteranları və əlillərə, qaçqın və məcburi köçkünlərə, elm və təhsil işçilərinə
qayğının artırılmasına, ordu quruculuğuna, elmin, təhsilin, mədəniyyətin,
səhiyyənin inkişafına, milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq
ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsinə, gənclər və idman
siyasəti sahələrində yeni-yeni uğurların qazanılmasına şərait yaratmışdır.
Bununla yanaşı, İlham Əliyevin Prezident olduğu keçən dövr
ərzində digər əsas daxili inkişaf parametrləri – makroiqtisadi sabitlik,
iqtisadi islahatların aparılması, sosial və mənəvi təminat sisteminin
dinamikasının təmin edilməsi, müsbət demoqrafik vəziyyətin qorunması, miqrasiya
və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət
idarəçiliyinin səmərəliliyi və digər bir çox sahələr üzrə də Azərbaycan region
ölkələri arasında ön sıralara çıxa bilmişdir. Keçirilmiş islahatlar və
qazanılmış uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilib
və edilməkdədir.
İlham Əliyev bütün bu uğurlara necə nail olmuş, hansı şəxsi və
siyasi keyfiyyətləri onun QURUCU LİDER imici qazanmasına imkan vermişdir? Bu
məqalədə İlham Əliyevin 17 illik prezidentlik fəaliyyəti dövründə onun bəzi
siyasi portret cizgiləri haqqında şəxsi mülahizələrimi oxucuların diqqətinə
təqdim edəcəyəm.
Əvvəlcə siyasi ədəbiyyatda lider təsnifatına qısa nəzər salmaq
istərdim. Görkəmli alman sosioloqu Maks Veberə görə, bütün dövrlərdə siyasi
liderlər üçün üçün üç əsas xüsusiyyət həlledici hesab olunub:1. Fədakarlıq (özünü işinə və amallarına həsr etmək);
2. Öz amalı və işi qarşısında məsuliyyət hissi daşımaq;
3. Yüksək daxili inam və təmkin qabiliyyətinə malik olmaq, reallıqların təsiri və təzyiqinə qarşı təmkinli davranmaq, hadisələrin fövqünə qalxa bilmək.
Maks Veberin fikrinə görə, hər bir siyasətçi bu keyfiyyətlərə nə qədər çox malik olursa, o lider mövqeyinə daha çox yaxınlaşır və yüksəlir.
Tanınmış amerikalı alim, dünyada siyasi psixologiya üzrə aparıcı mütəxəssislərdən sayılan Marqaret C.Herman isə siyasi liderləri belə təsnif edir:
1. Lider-bayraqdar: bu tip liderlərin öz orijinal siyasi hədəfləri olur və həmin hədəflər naminə insanları öz arxasınca aparmaq bacarığına malik olurlar;
2. Lider-xidmətçi: bu tip liderlər öz ardıcıllarının maraqlarını dəqiq ifadə edərək, həmin maraqları məsuliyyətlə realizə etmək qabiliyyətinə malik olurlar.
Qeyd olunur ki, xidmətçi liderlər öz xalqının maraqlarının
ardıcıl ifadəçisi kimi çıxış edərək, qətiyyətli və mütəşəkkil formada həmin
maraqları müdafiə və təmin edirlər. Praktikada belə liderlər seçicilərinin
ehtiyac və tələblərini, inamlarını və gözləntilərini daim öyrənir və nəzərə
alaraq fəaliyyət göstərirlər. Məhz xalq-seçici və onun maraqları bu tip
liderlər üçün əsas fəaliyyət istiqamətlərini və məqsədlərini formalaşdırır.
Siyasətşünaslıq və sosiologiya elmində əlavə olaraq, öz xalqının
tarixində xüsusi rol oynayan islahatçı və inqilabçı lider anlayışları da
mövcuddur. Belə liderlərə xalqlarının, dövlətlərinin gələcək taleyi üçün
dəyişikliklərin gərəkliliyini dərk edərək, ya inqilabi yolla, ya da inandırma
yolu ilə, tədrici islahatlar həyata keçirməklə, ictimai ideallara, milli-mənəvi
dəyərlərə söykənməklə hərəkət etmək xasdır.
Əlbəttə, politoloqlar bütün bu sıralamada qeyd olunan lider
tiplərini nəzəri baxımdan təsnif edirlər, lakin real siyasi müstəvidə isə bəhs
olunan liderlər bu və ya digər tiplərə aid edilsə belə, onlar başqa qrupa aid
olan liderlərin də müxtəlif keyfiyyətlərini az, yaxud çox formada özündə
daşıyır, sadəcə bu keyfiyyətlərdən hansının daha çox üstünlük təşkil etməsinə
görə bu və ya digər tipə aid edilir.
İlham Əliyevin ictimai-siyasi fəaliyyəti 1995-ci ildə Yeni
Azərbaycan Partiyasının üzvü kimi təkmandatlı seçki dairəsindən Milli Məclisə
deputat seçilməsi ilə başlayıb. Növbəti 2000-ci il Parlament seçkilərində isə İlham
Əliyev artıq YAP-ın çoxmandatlı seçki siyahısına rəhbərlik edərək, partiyanın
ən fəal və perspektivli çənc lideri kimi, Heydər Əliyev siyasi kursunun gələcək
davamçısı kimi özünü təsdiq edir və həmin dövrdən sonra partiya xətti ilə öz
içtimai-siyasi fəaliyyətini gücləndirir.
Prezident kimi fəaliyyətə başladıqdan sonra, İlham Əliyev ilk
çıxışında Heydər Əliyevin daxili və xarici siyasət kursunu dönmədən davam
etdirəcəyini, ölkəni tədrici, amma davamlı islahatlar yolu ilə irəli
aparacağını bəyan etdi. Bu vədə əməl olunduğunu biz keçən müddətdə təkcə
siyasətə baxışda deyil, həyatın bütün sahələrində siyasi varisliyə, milli
ənənələrə və mənəvi dəyərlərə münasibətdə müşahidə etdik.İlham Əliyev Prezident olaraq, həm də təkcə Heydər Əliyevin
daxili və xarici siyasət kursunu davam etdirməklə kifayətlənmədi, korrektə və
islah edilməsi vacib olan bütün sahələrdə mütləq islahatlar apardı, müasir
dünya nizamının və transmilli tərəfdaşlıq əlaqələrinin yeni çağırışlarına
adekvat reaksiya verərək, inamla gələcəyə doğru irəlilədi. O, Azərbaycanın
inkişafını necə təsəvvür etdiyini 2019-cu il fevralın 1-də Bakı Konqres
Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı
çıxışında yığcam olaraq belə ifadə etmişdir: "Biz islahat naminə islahat
aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına
yeni təkan verək, həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz
halları, çatışmayan məqamları aradan götürək və bunu edirik...”.
Bu fikirlər İlham Əliyevin islahatçı yanaşmasını digər postsovet
ölkələrində, eləcə də 1990-cı illərin əvvəllərində Azərbaycanda müşahidə
etdiyimiz "rəngli inqilabi dəyişiklik” platforması tərəfdarlarının
yanaşmasından köklü şəkildə fərqləndirir. "Rəngli” – qanlı inqilabların
liderləri özlərinə qədər mövcud olan idealları, siyasi, bəzən də mənəvi irsi
inkar edir, cəmiyyətin kökündən yenidən qurulmasını, dilin, dinin, ölkənin
adının, əlifbasının dəyişdirilməsini, bir sözlə, hər şeyin məhv edilib sıfırdan
başlamasını məqsədəuyğun hesab edirlər. Prezident İlham
Əliyevin islahatlar kursunda belə eksperimentlərə, nihilist yanaşmalara yer
yoxdur. İslahatların yeni mərhələsinə start verilməsi də "rəngli inqilab”ların
təklif etdiyi yol deyil, 1930-cu, 1980-ci və 2000-ci illər Türkiyəsində, Konrad
Adenauer Almaniyasında, 1980-1990-cı illərin Məhazir Məhəmməd Malayziyasında,
1960-1970-ci illərdə Sinqapur və Cənubi Koreyada, eləcə də qansız-rəngsiz
inkişaf yolu keçmiş digər ölkələrdə müşahidə etdiyimiz köklü islahatlar yoludur.
Əlbəttə ki, biz bu yazıda
qarşımıza dərin psixoloji-siyasi portret yaratmaq məqsədi qoymadığımızdan
liderlik haqda bu tanıtma ilə kifayətlənirik.
Prezident İlham Əliyevi
xarakterizə edən keyfiyyətlər, əlbəttə, təkcə bir lider tipinə xas deyil. Yuxarıda
da qeyd edildiyi kimi, dünyanın müasir siyasi səhnəsində yer alan liderlər
adətən bir neçə siyasi portret tipinə aid keyfiyyətlərin daşıyıcısı olur, lakin
onlarda bu və ya digər lider obrazının ümdə xüsusiyyətləri daha qabarıq nəzərə
çarpır. İlham Əliyevin prezidentliyi, daha əvvəl isə Milli Məclisin deputatı,
YAP-ın proporsional sistem üzrə seçki siyahısının və Azərbaycan parlamentindəki
YAP qrupunun, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və Azərbaycan
Respublikasının Baş Naziri kimi fəaliyyəti onu QURUCU-İSLAHATÇI LİDER tipinə
aid etməyə əsas verir. Bunu bizim İlham Əliyevin keçdiyi siyasi bioqrafiyaya,
fəaliyyətinin xarakteristikasına, özünəməxsus leksikonuna aid təqdim etdiyimiz
nümunələr də təsdiqləyir.Azərbaycançılığı əvvəlcə qurucusu
olduğu Yeni Azərbaycan Partiyasının, daha sonra Azərbaycan dövlətinin əsas
ideologiyasına çevirmiş, dövlətçiliyimizin xilaskarı, dünya azərbaycanlılarına
layiq olduqları ucalıqların hədəflərini müəyyən etmiş Heydər Əliyevin
timsalında Azərbaycan siyasəti parlaq BAYRAQDAR LİDER tipinə şahidlik etmişdir.
Məhz buna görə də biz dövlətimizin xilaskarı olan Heydər Əliyevi ÜMUMMİLLİ
LİDER olaraq qəbul edirik. Adətən bayraqdar liderləri onların ideallarını yeni
dövrə uyğunlaşdıraraq ardıcıl həyata keçirən qurucu liderlər əvəz edir. İlham
Əliyev də öz çıxışlarında dəfələrlə "mən xalqın xidmətçisiyəm”, "hər bir
məmur xalqının xidmətçisi olmalıdır”, xalqın üzləşdiyi ən çətin anlarda –
zəlzələ, təbii daşqınlar vaxtı "sizə xidmət etməyə gəlmişəm” deyərək,
hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirmiş, hökumətin öz
fəaliyyəti ilə bağlı mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən
işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik
idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də
bildirir ki, "mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa
ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı,
Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni
əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa
ləyaqətlə xidmət etmək”.
ABŞ-ın Berkli (Kaliforniya)
Universitetinin sosiologiya və hüquq üzrə professoru Filipp Selznik
"İdarəçilikdə liderlik. Sosioloji interpretasiya” əsərində qeyd edir ki, qurucu
liderlik innovasiyalı ideyaların inkişafı naminə birgə fəaliyyət konsepsiyasına
əsaslanan liderlik üslubudur.
"The Servant Leader” (xidmətçi
lider) kitabının müəllifləri Kennet Hartli Blanşard (K.Hartley Bllanchard) və
Fil Hodces ( Phil Hodges) hesab edirlər ki, liderlik nə idarəçiliyə, nə gücə
bağlı deyil; lider başqalarının özləri üçün müəyyən etdiyi baxışlar
çərçivəsində daha yaxşı yaşamasına çalışır, onların baxışları isə bütövlükdə
cəmiyyətin xoşbəxtliyini nəzərdə tutur. Qurucu lider qısamüddətli deyil,
uzunmüddətli hədəflər naminə çalışır, cəmiyyətə davamlı faydası olacaq addımlar
atır və bir qayda olaraq uğurlar qazanır, yeni ideyaların, fikirlərin meydana
çıxmasına şərait yaradır, ardıcıllarının, seçicilərin, xalqın mənafeləri naminə
çalışır, onun hakimiyyətinin əsas qayəsi qurmaq, yaratmaq, insanlara xidmət
etmək olur.Azərbaycanda son on yeddi ildə
reallaşdırılan regionların inkişafı, yoxsulluğun azaldılması, xaricdə təhsil,
transmilli enerji və nəqliyyat dəhlizləri, qeyri-neft sektorunun inkişafı və s.
sahələrdə qəbul edilib həyata keçilmiş uzunmüddətli proqramlar, icra edilməkdə
olan strateji transmilli layihələr məhz qurucu və xidmətçi lider olan İlham
Əliyevin xalqa xidmətinin çox uğurlu nümunələridir.
Xalqın mütləq əksəriyyətinin
etimadı ilə 2003-cü ildə prezident seçilmiş İlham Əliyev "Mən hər bir
Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən sadəcə vəd vermirdi,
xalqa xidmətin gələcək strategiyasını nümayiş etdirirdi. Azərbaycana rəhbərlik
etdiyi 17 il ərzində İlham Əliyev bu vədə, bu strateji xəttə sadiq qalaraq
dini, etnik, sosial mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir
vətəndaşının Prezidenti oldu. Xalqının maraqları, rifahı, xoşbəxt gələcəyi üçün
əzmlə çalışdı, milli mənafelərimizin müdafiəsi üçün beynəlxalq platformalarda
ən ağır şərtlər altında belə öz qurucu mübarizəsindən geri çəkilmədi. Dövlətimizin
suverenliyi, müstəqilliyi naminə aparılan, reallaşdırılan bütün təşəbbüslərin
önündə getdi.
Bu illər ərzində yenilənən
Azərbaycanın iqtisadi bazisi köklü surətdə dəyişdi, ölkədə böyük iqtisadi
irəliləyişlərə nail olundu. Ötən müddət ərzində iqtisadiyyat 3,4 dəfə, sənaye
2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard
dollar investisiya qoyulub, bu, müstəqillik dövründə Azərbaycana qoyulan bütün
investisiyaların 93 faizini təşkil edir və onun təxminən yarısı daxili mənbələrin
payına düşür. Valyuta ehtiyatlarımız 49 milyard dolları keçib. Ölkədə 2
milyondan çox yeni iş yeri yaradılıb. Bu dövr ərzində maaşlar və pensiyalar 10
dəfəyə qədər artıb. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü
siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən
kreditlərin məbləği 2 milyard manatı ötüb.
Ötən 16 il ərzində Azərbaycanın
sosial-mədəni və təsərrüfat infrastrukturu başdan-başa yenilənib. Paytaxt
küçələrindən tutmuş ən ucqar bölgələrə qədər nəqliyyat şəbəkəsi inkişaf edib. 15
min kilometrdən çox yol çəkilib, 450-yə yaxın körpü inşa olunub. Paytaxtda 4
yeni metro stansiyası istifadəyə verilib, bir neçə stansiyada yenidənqurma
işləri həyata keçirilib. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı –
Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Ölkədə 3100-dən çox məktəb,
650-dən çox tibb müəssisəsi inşa edilib, yaxud əsaslı təmir olunub. İnfrastrukturun
yenidən qurulması işi yüzlərlə tarixi binalarda, teatr və muzeylərdə, o
cümlədən bütün ali təhsil ocaqlarında həyata keçirilib. Paytaxtda müasir
tələbələrə uyğun inşa edilən idman sarayları, stadionlar illərdir əhaliyə
xidmət göstərir. Bunlarla yanaşı, respublikanın bütün bölgələrində vətəndaşlara
xidmət edən sosial mərkəzlər, Olimpiya İdman kompleksləri istifadəyə verilib.
Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat
layihələri həyata keçirilib, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini
birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum
qaz kəməri istifadəyə verilib. 2014-cü il sentyabrın 20-də Avropanın enerji
təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi
maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli
qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, həmin il iyunun
12-də isə onun tərkib hissəsi olan TANAP-ın rəsmi açılış mərasimi keçirilib. Prezident
İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük
işlər görülüb. Respublikada 7 hava limanı yenidən qurularaq istifadəyə verilib.
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz”lu 9 əsas hava
limanı sırasına daxil olub. Beləliklə, ölkəmiz nəhəng enerji və nəqliyyat
qovşağına çevrilmişdir. Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik
ölkələr sırasına qoşulub.
Dövlətimizin başçısı İlham Əliyev
hakimiyyətinin ilk illərindən yerin təkindəki "qara qızıl”ı yerin üstündəki
milli sərvətə – insan kapitalına çevirməyi hədəfləyən ciddi proqramlar qəbul
edib və həmin proqramlar uğurla icra olunmaqdadır.
Azərbaycan 2008-ci və 2015-ci
illərin dünya böhranından minimal itkilərlə çıxa bilib, bu böhranlar zamanı
əhalinin iqtisadi kataklizmlərə həssas, liberal iqtisadiyyata çətin uyğunlaşan
qruplarının müdafiəsi üçün ciddi addımlar atılıb. Son iki il ərzində həmin
addımların ardıcıl olaraq xalqda, cəmiyyətdə hansı ruh yüksəkliyi yaratdığını,
cəmiyyətin İlham Əliyevin ətrafında necə konsolidasiya olduğunu, xalq-dövlət
vəhdətinin necə gücləndiyini hər kəs müşahidə edir. Bir zamanlar
hiperinflyasiya girdabında olan Azərbaycan bu gün daha böyük fəlakətlər vəd
edən, iqtisadi kollaps təhlükəsi yaradan ümumdünya böhranlarından nəinki
şərəflə çıxmış, həm də aztəminatlı təbəqəni qorumaq, cəmiyyətin orta sinfinin
genişlənməsi yönündə uğurlu tədbirlər həyat keçirmişdir.Prezident İlham Əliyevin
dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan sadəcə xarici sərmayələr üçün cəlbedici
ölkə deyil, özü də yaxın ölkələrə və Avropa dövlətlərinə sərmayə qoyur,
transmilli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı, sərmayəçisi kimi
çıxış edir. Azərbaycanın qardaş Türkiyədə rekord məbləğdə – 10 milyard dollar
investisiya qoyuluşu nəzərdə tutulan layihələrdə həlledici söz sahibi olması
qürurverici reallıqdır. "Müxalifətçilik missiyası və Azərbaycanın milli
maraqları” adlı bir az əvvəl dərc edilmiş yazımda son 17 ilin iqtisadi-sosial
uğurları haqqında geniş bəhs edildiyindən bu göstəricilərin üzərində təkrarən
ətraflı dayanmaq istəmirəm. Sadəcə qeyd etmək istərdim ki, qazanılmış bütün bu
uğurlar, nailiyyətlər sözün mütləq mənasında tarixi xidmət sayılmalıdır.
Prezident İlham Əliyev
milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətin və incəsənətin inkişafına
konseptual yanaşma nümayiş etdirir və öz rəhbər qayğısını əsirgəmir. Bu il
martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü göstərilən qayğının
daha bir əyani təzahürü idi.
Beləliklə, İlham Əliyevi mənsub
olduğu xalqın və dövlətin liderinə çevirmiş əsas fərdi keyfiyyətlər üzərində
fikirlərimi cəmləşdirmək istəyirəm.
İlham Əliyev həddən artıq
sədaqətli insandır; o öz əqidəsinə, inandığı işə, xalqına, dövlətinə,
partiyasına, qəbul etdiyi ideyalara, Ümummilli Lider tərəfindən ona əmanət
edilmiş siyasi irsə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə həmişə
sədaqət nümayiş etdirib. Öz məsləkindən, amallarından, davamçısı olduğu siyasi
kursdan zərrə qədər geri çəkilməyib. Onun Prezident kimi həyata keçirdiyi bütün
işlər Ümummilli Liderin ideyaları, Azərbaycan xalqının əsas maraq və mənafeləri
üzərində qurulub.İlham Əliyev prezidentlik
dövründə həmişə qlobal və sistemli düşüncə tərzinə malik olduğunu nümayiş
etdirib. Həm ölkə daxilində gördüyü işlər, həm də yürütdüyü xarici siyasət,
onun təşəbbüsü ilə gerçəkləşən əksər əməkdaşlıq platformaları, həyata vəsiqə
alan beynəlxalq və regional layihələr qarşıdan gələn on illər, yüz illər sonra
da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda gətirəcək, dövlətimizin
qüdrətlənməsinə xidmət edəcəkdir.
İlham Əliyev zəngin idarəçilik
təcrübəsinə malik, dövlət və xalq üçün aydın hədəflər müəyyən edən, o hədəflərə
nail olmaq üçün ciddi siyasi iradə nümayiş etdirən, çevik qərarlar qəbul edə
bilən, xalqı səfərbər edərək dinamik və ardıcıl fəaliyyət göstərən, bacarıqlı
təşkilatçı, aydın təfəkkürlü rəhbər, məqsədyönlü və novator siyasətçi,
uzaqgörən siyasi liderdir. Onun yüksək intellektual potensialı, geniş təfəkkürü
və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəsi dünyanın sürətlə dəyişən
reallıqları şəraitində çevik və optimal qərarlar qəbul etməyə imkan verir.
Dünyanın bir çox ölkələrində neft
ehtiyatları var, amma karbohidrogen ehtiyatları ilə zəngin olan bütün ölkələr
bu zənginlikdən öz ölkəsindəki yoxsulluğu azaltmaq, ölkəni inkişaf etdirmək,
insan kapitalı yetişdirmək naminə istifadə edə bilməyib. Neft bəzən onun sahibi
olan ölkələrə dağıntı, fəlakət və vətəndaş müharibəsi gətirir. Azərbaycan isə
neft amilindən istifadə edərək özünün təhlükəsizliyini, inkişafını, vətəndaş
məmnunluğunu təmin edib.
İlham Əliyev olduqca praqmatik və
realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən
hesablayır, fəaliyyətinin aydın konturlarını cızır. Azərbaycan dövləti qısa və
uzunmüddətli proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət
yürüdür. İlham Əliyev müəyyən etdiyi hədəfləri, verdiyi vədləri proqramlaşdırıb
həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər
naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında
düşünmək İlham Əliyev idarəçiliyinə yad xüsusiyyətlərdir. Dövlətimizin başçısı
öz çıxışlarında populist vədlərin, volyuntarist qərarların regionumuzdakı bəzi
ölkələrin nümunəsində necə mənfi fəsadlar verməsini daim qeyd edir. Beləliklə,
İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət əhalinin rifah halının daim
yüksəldilməsinə hesablanmışdır.
İlham Əliyev olduqca qətiyyətli
və güclü siyasi iradəsi olan liderdir. O, Azərbaycan naminə planlaşdırdığı
siyasi addımları, proqram və layihələri həyata keçirmək üçün böyük əzm, titanik
iradə nümayiş etdirir, bəzən qeyri-mümkün görünən ideyaları gerçəyə çevirməyi
bacarır. Onun məhz belə qətiyyəti siyasəti və ortaya qoyduğu dəmir iradənin
nəticəsi idi ki, Milli Ordumuz və azərbaycan xalqı ikinci Qarabağ müharibəsində
qısa müddətdə belə parlaq qələbə qazanaraq işğal altında olan torpaqlarımızı
azad edə bildi.
Prezident İlham Əliyevin liderlik
keyfiyyətləri – dərin zəkası, böyük erudisiyası, qlobal düşüncəsi, intellekti,
çevik qərar qəbul etmək bacarığı müasir dünya nizamında Azərbaycanın yerini,
nüfuzunu, çəkisini müəyyən edir. İlham Əliyevin təşəbbüsləri, reallaşdırdığı
proqram və layihələr ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün ciddi
zəmin yaradıb. Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı
indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir.
Yüksək peşəkarlıq və diplomatik
məharət İlham Əliyevin siyasi karyerasındakı əsas fərqləndirici
xüsusiyyətlərdən biridir. Soçidə "Valday" Beynəlxalq Diskussiya
Klubunun XVI illik iclasının plenar sessiyasında və MDB dövlət başçılarının
Aşqabad toplantısında səsləndirdiyi beynəlxalq hüquqa əsaslanan sərt,
qətiyyətli və məntiqli çıxışlar bir lider olaraq İlham Əliyevin diplomatik
məharətinin göstəricisi sayıla bilər. Prezidentin öz dili ilə ifadə etsək: "bu
gün regionla bağlı elə bir məsələ yoxdur ki, o məsələdə Azərbaycanın rəyi,
mövqeyi, rolu nəzərə alınmasın”.Dünyada elə liderlər var ki,
yalnız idarə etdiyi dövlətin qüdrətindən, fövqəl gücündən çıxış edərək, daim
beynəlxalq təhlükəsizliyi təhdid altında saxlayır, beynəlxalq ədaləti öz
ölkəsinin, bəzən də ona yaxın olan bu və ya digər transmilli qrupların xeyrinə
pozmaqdan çəkinmir. Lakin elə liderlər də var ki, idarə etdiyi ölkənin
iqtisadi, hərbi, coğrafi və ya demoqrafik resurslarından asılı olmayaraq öz
liderlik keyfiyyətləri, siyasi əzmi və qətiyyəti ilə dünyanın ədalət
tərəzisinin şərin lehinə əyilməsinin qarşısını alır, daha ədalətli qərarların
qəbul edilməsinə nail olur. İlham Əliyev məhz belə liderlərdəndir. Ərazicə və
əhali resurslarına görə kiçik olan Azərbaycan İlham Əliyevin siyasətinin
gücüylə hazırda bütün dünyada öz maraqlarını təmin etməyi bacarır. Onun
səyləri, uğurlu diplomatik kursu sayəsində, demək olar ki, bütün beynəlxalq
təşkilatlar Azərbaycanın haqq işini müdafiə edən qərar və qətnamələr qəbul
etmişdir. Bəzən onun qətiyyətli addımları opponentlər tərəfindən ciddi riskli
mövqe kimi dəyərləndirilir. Məsələn, vaxtilə Türkiyə ilə Ermənistan arasında
Sürix protokollarının imzalanmasına İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli
əks mövqeyin hədəfinə çatmayacağı iddia olunurdu, çünki o protokolların
arxasında həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqının müəyyən dairələri
dayanırdı. Lakin İlham Əliyev Türkiyə elitasının, Türkiyə ictimaiyyətinin
rəyini düzgün dəyərləndirdiyindən, Ermənistan rəhbərliyinin kiçik bir bəhanə
ilə sazişdən geri çəkilməyə hazır olduğunu hesablaya bildiyindən nümayiş
etdirdiyi qətiyyətli mövqe həm də olduqca rasional, soyuqqanlı hesablamalara
söykənirdi.
Qeyd etmək yerinə düşər ki, belə
uzaqgörənlik, yüksək siyasi fəhm bacarığı Prezident İlham Əliyevə Ümummilli
Liderdən miras qalmışdır. Vaxtilə, onun BTC haqda qərarını istər ölkə
daxilindəki, istərsə də xaricdəki opponentlər kəskin tənqid edirdilər. Lakin
zaman Ümummilli Liderin nə qədər haqlı olduğunu ortaya çıxardı. Bu gün
Azərbaycanı nəqliyyat-tranzit mərkəzinə, Avropanın əsas alternativ enerji
mənbəyinə çevirən, Türkiyə-Azərbaycan dostluğunu "filoloji romantika”dan əsası
Heydər Əliyevin zamanında qoyulmuş, bu gün isə BTC, BTQ, TAP, TANAP, "Petkim”
və s. layihələrlə real iqtisadi zəmin üzərində "bərkimiş tərəfdaşlığa” çevirən
İlham Əliyev siyasətidir.İlham Əliyev islahatçı, novator
liderdir. O, həyatımızın hər bir sahəsində – təhsildə, iqtisadiyyatda, kənd
təsərrüfatında, elmdə, mədəniyyətdə, şəhərsalmada, Azərbaycanın xarici
siyasətində yenilikçi, islahatçı yanaşma tətbiq edir. Dünyada baş verən
dəyişikliklərin, cərəyan edən proseslərin məntiqindən çıxış edərək Azərbaycanın
davamlı inkişafını, sabitliyin qorunmasını təmin edən qərarlar qəbul edərək həyata
keçirir.
Dünya praktikasından bilirik ki,
aparılan islahatlar bir çox hallarda sosial və siyasi gərginliklərlə müşayiət
olunur. Bunun fəsadlarını bəzi qonşu ölkələrdə, eləcə də Avropada müşahidə
edirik. Azərbaycanda siyasi və iqtisadi islahatlar əhalinin, xüsusən
aztəminatlı təbəqənin mənafeləri nəzərə alınmaqla həyata keçirilir, vergi
islahatlarında, qiymət və tarif siyasətində bu təbəqənin xeyrinə differensial
yanaşma tətbiq edilir.İlham Əliyev yüksək siyasi
mədəniyyətə malik, hakimiyyətin əxlaqını nümayiş etdirən humanist bir liderdir.
Prezident olaraq ilk çıxışlarında qeyd etdiyi kimi, aradan keçən müddət ərzində
"hər bir azərbaycanlının prezidenti” olmağı bacarmış, hər zaman siyasi
rəqiblərinə qarşı yüksək əxlaqi davranış sərgiləmiş, siyasi mübarizənin əxlaq
çərçivəsində aparılmasının tərəfdarı olmuşdur. Prezident seçkiləri zamanı
siyasi rəqiblərinə üstün imkanlar təmin etmək üçün hətta seçkiqabağı
təbliğatdan da imtina etmişdir. Bu gün bəlli mərkəzlərin təhriki ilə həm
Azərbaycanın bəzi siyasi müxalif qüvvələri, həm xaricdə yaşayan Azərbaycan
əsilli antidövlət qrupları, həm də xarici nəşrlər vasitəsilə aparılan qaralama,
şər, böhtan kampaniyası qarşısında İlham Əliyevin nə qədər yüksək ləyaqətlə və
təmkinlə davrandığını hamı görür. Onun şəhid ailələri, təbii fəlakətdən əziyyət
çəkən vətəndaşlarla görüşlərdə nümayiş etdirdiyi humanist davranış lider-xalq
əlaqələrinin çox gözəl bir nümunəsidir.
Belə yüksək siyasi mədəniyyət
Azərbaycan dövlətinin qonşularla münasibətlərində də həmişə özünü büruzə verib.
Bu və ya digər təşviq və təzyiqlərə baxmayaraq, indiyə qədər Azərbaycan hər
hansı bir dövlətə qarşı platsdarm rolu oynamamışdır. Ermənistanda baş verən son
hakimiyyət dəyişiklikləri və dövlət aparatının iflic olduğu məqamlarda belə,
Azərbaycan tərəfi fürsətcil davranışdan yayınmışdır. Nəticədə bu gün Azərbaycan
regionda sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq
etimadın artmasına öz töhfələrini verir. 2017-ci ildən etibarən Bakıda ABŞ və
Rusiya, NATO və Rusiya hərbi rəhbərliklərinin görüşlərinin keçirilməsi ənənəvi
hal almışdır, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına
Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli
siyasətçiləri tərəfindən dilə gətirilmişdir. İlham Əliyevin siyasi iradəsi
təkcə Azərbaycanı sabitlik, tərəqqi adasına, regional cazibə mərkəzinə
çevirməmişdir, bu gün Azərbaycan həm də bölgədə sülhün, asayişin,
bərabərhüquqlu tərəfdaşlığın qarantıdır. Onun dünya miqyasında yürütdüyü
uzaqgörən siyasət, Azərbaycan xalqının maraq və mənafelərini qətiyyətlə müdafiə
etməsi ölkəmizi regionda və beynəlxalq aləmdə mühüm aktora çevirmişdir. Azərbaycanı
daxildən təhdid edən heç bir narahatedici məsələ qalmamışdır, dövlətimizin
ətrafında formalaşmış xoşməramlı mühit, yürüdülən komplimentar siyasət isə xaricdən
gələn təhdidləri önləməyə imkan verir.
İlham Əliyev həddindən artıq humanist və insansevər
siyasətçidir. Onun siyasətinin təməlində insan, vətəndaş amili, insanların
firavan, təhlükəsiz həyatı dayanır. İlham Əliyev insanları sevir, insanlara
xidmət etməkdən zövq alır. Ümumbəşəri ədalətin, dünyada sülhün, təhlükəsizliyin
təmin olunması üçün gərgin mübarizə aparır. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi dövründə qaldırdığı məsələlər, onun
təşəbbüsü ilə beynəlxalq qurumlarda qəbul olunmuş qətnamələr, başladılmış "Bakı
prosesi”, Bakını "humanitar Davos” kimi tanıdan çoxsaylı beynəlxalq təşəbbüslər
dövlətimizi beynəlxalq dialoqun, əməkdaşlığın və tərəfdaşlığın, sülhün və
təhlükəsizliyin əsas müdafiəçilərindən birinə çevirmişdir. 2019-2022-ci illərdə
dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edərkən də
Azərbaycan bu siyasətini davam etdirəcək.Prezident İlham Əliyev bir siyasi lider və dövlət başçısı olaraq
opponentlərinin əksər hallarda qərəzli və əsassız səciyyə daşıyan
reaksiyalarına vaxt itirmir, ancaq milli hədəflərə yönəlmiş strategiyasını
maksimum effektlə gerçəkləşdirmək üçün çalışır, bu və ya digər addımların
zamanlanmasını dəqiq hesablamalarla həyata keçirir. Kreativ-qurucu liderliyin
əsas xüsusiyyətlərindən biri də elə budur.
Prezident İlham Əliyevin regionların inkişafı, gənclərin
təhsili, insan kapitalına dövlət sərmayəsi qoyması, vətəndaşın sosial
haqlarını, sosial müdafiəsini önə çəkməsi, onların sağlamlığının müdafiəsi ilə
bağlı konseptual siyasət, milli mənəvi dəyərlərin qorunması, yeni nəsillərin öz
tarixi irsinə sədaqət ruhunda böyüdülməsinə xüsusi diqqət yetirməsi,
Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə
qarışlıqlı faydalı əlaqələr qurması Prezidentin uzaqgörən, müdrik, peşəkar
siyasətçi xüsusiyyətini qabarıq şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin siyasəti xalq tərəfindən geniş dəstəyə
malikdir. Yerli və ayrı-ayrı xarici qurumlar tərəfindən aparılan monitorinqlər,
keçirilən rəy sorğuları bu dəstəyin mövcudluğunu təsdiq edir. Ötənilki
prezident seçkilərinin nəticələri, eləcə də bu il Fransanın nüfuzlu "Opinion
Way” şirkətinin və Strateji Tədqiqatlar Mərkəzinin apardığı rəy sorğularının
nəticələri xalqın İlham Əliyev siyasətinə yüksək etimadının nümayişi oldu.
Davos İqtisadi Forumunun apardığı sorğuya əsasən, "siyasətçilərə ictimai
etimad” adlanan kateqoriyada Azərbaycan dünyada 20-ci yeri tutur. Bu, İlham
Əliyevin siyasətinə xalqın böyük etimadının beynəlxalq etirafı kimi qəbul
edilməlidir.
Əminəm ki, siyasi kursunun varisi olduğu ümummilli lider Heydər
Əliyev kimi İlham Əliyevin şəxsiyyəti, eləcə də xalqa, dövlətə xidmətə, onun
təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın
təmin olunmasına həsr edilmiş fəaliyyəti elmi-politoloji, tarixi-fəlsəfi araşdırmaların
obyektinə çevriləcək, dərindən tədqiq olunacaq. Onu xarakterizə edən liderlik
xüsusiyyətləri öyrəniləcək və gənc nəslə çatdırılacaq.
Əli Həsənov
tarix elmləri doktoru, professor