Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : 1 2 3 4 5 » #
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
“Mən Bakıya olan bu səfərimlə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstəyini ifadə edən salamını gətirmişəm”. “Azadinform” xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş qərargah rəisi general Necdet Özel bildirb.
Generalın sözlərinə görə, bu onun bu vəzifədə Azərbaycana ilk səfəridir və bu səfərdən çoxlu gözləntiləri var. N.Özel bildirib ki, səfər çərçivəsində Azərbaycan-Türkiyə silahlı qüvvələri arasında ciddi müzakirələr, dəyərli danışıqlar gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyəti fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdikdən sonra, Şəhidlər Xiyabanını da ziyarət edib əklil qoyublar.
08.02.12 Məqaləni oxumaq
 
Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 8-9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək. “Azadinform” xəbər verir ki, bu barədə XİN-in Twitter-dəki rəsmi səhifəsində məlumat verilir.
E.Məmmədyarov konfransda məruzə ilə çıxış edəcək və nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
08.02.12 Məqaləni oxumaq
 
Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
Azərbaycan Respublikası  Prezidentinin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)  tərəfindən ardıcıl olaraq icra edilir. “Azadinform” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər yerinə yetirilib və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space – COPUOS)  üzvlüyü təsdiq edilib.
08.02.12 Məqaləni oxumaq
 
“Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
Danmarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və Cəmiyyətin təşkilat komitəsinin sədri Mehriban Əliyeva ölkənin gənclər və idman naziri Christine Antorini ilə görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə, görüşdə “Vətən” Cəmiyyəti barədə nazirə məlumat verən S.Sadiqi əsas məqsədlərinin Danimarka ictimaiyyətini Azərbaycan barədə məlumatlandırmaq olduğunu bildirib.
08.02.12 Məqaləni oxumaq
 
Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
“Rəsmi Yerevan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv mövqeyinin əhəmiyyətini azaltmaq istiqamətində fəaliyyətə başladı. Ermənistan xarici işlər naziri E.Nalbandyan Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə imzalanmış müqavilənin bəndlərini baş-ayaq şərh etdi”. “Azadinform” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib.
08.02.12 Məqaləni oxumaq
 
Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
“ABŞ-Ermənistan münasibətlərində prioritetlərin dəyişilməsi müşahidə olunur. Həm ABŞ, həm də Ermənistan rəsmiləri hal-hazırda ABŞ-la Ermənistan arasındakı münasibətləri tarixi maksimum səviyyədə təqdim edirlər. Amma bəzi məsələlər ilk baxışdan izah olunmaz qalır”. “Azadinform” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.
08.02.12 Məqaləni oxumaq
 
Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
Avropadakı elmi mərkəzlərin doktoranturalarında təhsil almaları ilə bağlı gənc alimlərin xarici ölkələrə göndərilməsi prosesi davam etdiriləcək. Bu barədə açıqlamanı “Azadinform”a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov deyib.
08.02.12 Məqaləni oxumaq
 
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatların hazırlanaraq yayımlanması təmin edilib.
08.02.12 Məqaləni oxumaq
 
TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.
Gündəlikdəki məsələ açıq tipli test tapşırıqlarının formaları və hazırlanması metodikası ilə bağlı müzakirə olub. TQDK-nın Naxçıvan regional bölməsindən şəhər 5 saylı tam orta məktəbin müəllimi Zəhra Novruzova və Gəncə regional bölməsindən Mahal Kazımov hazırladıqları test tapşırıqlarını müzakirəyə təqdim ediblər.
İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran və Şəki regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları ilə bağlı fikir bildirib və təkliflərini veriblər.
08.02.12 Məqaləni oxumaq
 
Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
İran deputatları bu gün prezident Mahmud Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul ediblər. O, ünvanına səslənən ittihamlara cavab verməli olacaq. “Azadinform” “Associated Press”ə istinadən xəbər verir ki, prezidentə qarşı irəli sürülən ittihamlara iqtisadi, xarici və daxili siyasətdə uğursuzluqlar daxildir. İlk növbədə ondan Tehranda metro tikintisi ilə bağlı ayrılan maliyyənin yoxa çıxması və ictimai nəqliyyatın inkişafındakı uğursuzluqlar soruşulacaq.
İranda mövcud qanunlara görə, prezident çağırışdan ən azı iki ay sonra parlamentə gəlməlidir.
08.02.12 Məqaləni oxumaq
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •