Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
“Microsoft” Azərbaycanda İT sahəsində yeni layihəyə start verib
“Microsoft” korporasiyası Azərbaycanda “Microsoft IT Academy” (“Microsoft”un İnformasiya Texnologiyaları Akademiyası) layihəsinə start verib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “Azadinform”a verilən məlumata görə, şirkətin bu qlobal layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Microsoft”un ilk tədris mərkəzi açılacaq. “Microsoft IT Academy” təlim modeli təhsil müəssisəsi daxilində İT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır. Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimləri başa vurduqdan sonra imtahan verib “Microsoft”un sənaye sertifikatlarını əldə edə biləcəklər.
08.05.12 Məqaləni oxumaq
 
Nazirlik qanun pozuntularına görə 86770 manat cərimə tətbiq edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 15-30 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.
08.05.12 Məqaləni oxumaq
 
ATƏT: Çatışmazlıqlar Ermənistanda seçkilərin nəticəsinə inamı sarsıdır
Ermənistanda parlament seçkilərini izləmiş ATƏT müşahidəçiləri bildiriblər ki, demokratik prosesdə bəzi çatışmazlıqlar səsvermənin nəticələrinə inamı sarsıdıb. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, ATƏT-in bəyanatında deyilir ki, seçki kampaniyasında azad toplaşmaya və ifadə azadlığına hörmət qoyulub, ancaq səsvermənin özü siyasi partiyaların və bütövlükdə ictimaiyyətin seçki prosesinin bütövlüyünə inamsızlığından zərər çəkib.
08.05.12 Məqaləni oxumaq
 
Olland baş naziri mayın 15-də təyin edəcək
Fransanın yeni prezidenti Fransua Olland baş naziri mayın 15-də təyin edəcək. “Azadinform” “AFP”-yə istinadən xəbər verir ki, Ollandın seçki qərargahının rəhbəri Pyer Moskovisi bildirib ki, Olland yaxın günlərdə beynəlxalq məsələlər və gələcək hökumətin işi ilə məşğul olacaq. Hazırda baş nazir vəzifəsini Fransua Fiyyon tutur.
08.05.12 Məqaləni oxumaq
 
Putin əcnəbi fəhlələrin imtahan vermələrini tələb edib
Rusiya prezidenti Vladimir Putin 2012-ci ilin noyabrınadək əcnəbi fəhlələrin mütləq qaydada rus dilindən, Rusiya tarixindən və qanunvericiliyinin əsaslarından imtahan vermələrini tələb edib. “Azadinform”un məlumatına görə, bu barədə “Lenta.ru” Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb. Artıq bu barədə tapşırıq hökumətə və regional qurumlara göndərilib.
08.05.12 Məqaləni oxumaq
 
ABŞ səfiri istefa verir
ABŞ-ın Pakistandakı səfiri bu ilin sonunda öz vəzifəsindən getməyi planlaşdırır. Kemeron Munter 2010-cu ilin oktyabrında səfir andını içib və ABŞ-Pakistan münasibətlərinin gərgin dövründə İslamabadda çalışıb. “Azadinform” xəbər verir ki, ABŞ rəsmilərindən biri “Frans-Press” agentliyinə bildirib ki, Munter həm Pakistan, həm də ABŞ hökumətilə yaxşı münasibətini qoruyub saxlayıb: “Bu onun öz qərarıdır. Onun bu seçiminə nə Vaşinqtondan, nə də Pakistandan narazılıq yoxdur”. Munterin yerini ABŞ-ın Əfqanıstanda inkişaf və iqtisadi fəaliyyətinə məsul Riçard Olsondun tutacağı gözlənilir.
08.05.12 Məqaləni oxumaq
 
Danimarka təmsilçisi mayın 13-də Bakıda olacaq
Danimarkanın “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyəti mayın 13-də Azərbaycana yola düşəcək. “Azadinform” eurovision.az saytına istinadən xəbər verir ki, onlar Azərbaycanın tarixi barədə məlumat əldə edə bilmək üçün bir neçə ekskursiya da planlaşdırırlar. Danimarka təmsilçisi səfər ərəfəsində “Should've known better” adlı müsabiqə mahnısına yeni klip çəkilişlərinə başlayıb. Solunanın klipdəki əsas “tərəf-müqabilləri” Harald adlı at və çox qədim və yaşlı bir ağac olub. Qeyd edək ki, Danimarka təmsilçisi Soluna Samayı “Bakı Kristal Zalı” səhnəsində bir barabançı, skripkaçı və pianoçu ilə yanaşı, 2 vokalçı da müşayiət edəcək. Müğənninin bek vokalçılarından biri 25 yaşlı Barbara Molekodur. Mozambikdə dünyaya gələn bu ifaçının özünün də kifayət qədər geniş tamaşaçı auditoriyası var.
08.05.12 Məqaləni oxumaq
 
Avstriya təmsilçiləri Azərbaycan mətbəxi ilə tanış olublar
Bakının ev sahibliyi edəcəyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsində Avstriyanı təmsil edəcək “Trackhittaz” qrupunun üzvləri Azərbaycana gəlməzdən əvvəl milli mətbəximizlə tanış olublar. “Azadinform” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, qrup Avstriyanın 1994-cü ildə “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi Petra Freylə Vyanadakı Azərbaycan restoranında milli təamlarımızdan dadıb, hətta qəlyan da çəkib. Petra Frey “Trackhittaz” qrupunun ölkələrini gözəl təmsil edəcəklərinə inandığını deyərək, tamaşaçıları bu şoudan zövq almağa səsləyib. Xatırladaq ki, “Trackchittaz” “Eurovision–2012”-də “Bakı Kristal Zalı”nda “Woki mit deim popo” mahnısını ifa edəcək. Hazırda onlar Bakı səhnəsindəki çıxışlarına hazırlaşırlar.
08.05.12 Məqaləni oxumaq
 
Şura “Space”si inzibati məsuliyyətdən azad etdi
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən “Azadinform”a verilən məlumata görə, iclasda “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.8-ci bəndini rəhbər tutaraq “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
08.05.12 Məqaləni oxumaq
 
Azərbaycanın dövlət sərhədini pozduqları üçün 33 nəfər saxlanılıb
Ötən ay dövlət sərhədini pozduqları üçün 27 halda 33 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “Azadinform”a verilən məlumata görə, saxlanılanlardan 23 nəfəri Azərbaycan, 3 nəfəri Gürcüstan, 3 nəfəri Özbəkistan, 2 nəfəri Banqladeş, 1 nəfəri Moldova, 1 nəfəri Böyük Britaniya vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən 17 halda 32 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 43 halda 80 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
08.05.12 Məqaləni oxumaq
 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •