Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
Qərbi Avropanın İT şirkətləri iflas edir?!
2012-ci ildə Qərbi Avropada kompaniyaların əksəriyyəti İT xərclərini azaltmağı planlaşdırırlar. Büdcəsini artırmaq istəyən şirkətlər isə yalnız 5 faizlik artımla kifayətlənmək niyyətindədirlər. “İCTnews” xəbər verir ki, kompaniyalar 2012-ci il üçün xidmətlərin göstərilməsi, yeni proqramların alınması, müqavilələrin bağlanması və s. üzrə İT büdcələrinin planlaşdırılmasına çox ehtiyatla yanaşırlar. Belə ki, Qərbi Avropanın 6 regionunda 590 təşkilat arasında aparılan sorğu göstərib ki, çox az sayda şirkət İT xərclərini artırmaq istəyindədir. Sorğuya əsasən, 2012-ci ildə təşkilatların yalnız 40 faizi yeni aparatlarla təchizata, xidmətlərə vəsait qoymağa hazırlaşır. Şirkətlərin 43 faizi isə İT büdcələrində heç bir dəyişiklik etməyi düşünmür. Yalnız təşkilatların 17 faizi büdcələrində ixtisarlar aparmağı planlaşdırır.
31.01.12 Məqaləni oxumaq
 
Bakcell şirkəti mobil nömrələrin yeni yığım qaydasına keçir
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti yanvar ayının ortalarından etibarən öz müştərilərinə mobil nömrələrin yeni yığım qaydası haqqında məlumat verməkdədir. Yeni qaydalara əsasən, şəbəkədaxili zənglər üçün Bakcell abunəçiləri nömrədən qabaq 055 prefiksini yığmalıdırlar (məsələn, 055 XXX-XX-XX). Yeni 10 rəqəmli yığım formatı şirkət tərəfindən şəbəkə infrastrukturunda Mobil Nömrə Daşınmasının həyata keçirilməsinə hazırlıq kimi tətbiq edilir. Mobil Nömrə Daşınması - telefon nömrəsini dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, Mobil Nömrə Daşınmasının tətbiqindən sonra abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanı əldə edəcəklər.
31.01.12 Məqaləni oxumaq
 
Gənclər üçün Təhsil Mərkəzi ilə Azərbaycan Uşaqlar Birliyi memorandum imzalayıb
Bu gün Gənclər üçün Təhsil Mərkəzi ilə Azərbaycan Uşaqlar Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. GTM-dən “Azadinform”a verilən məlumata görə, imzalanan memoranduma əsasən, tərəflər 3 il müddətində fəaliyyət sahəsi üzrə informasiya, təşkilatlararası təcrübə, fəaliyyət hesabatlarının mübadiləsini aparacaq. Həmçinin hər iki təşkilat əməkdaşların praktiki bacarıqları sahəsində təcrübə mübadiləsi, birgə layihə təkliflərinin hazırlanması və təqdim edilməsi, birgə layihələrdə iştirak, təlim və seminarların təşkili və s. kimi məsələləri həyata keçirəcək. Yaxın günlərdə görüləcək işlərlə bağlı fəaliyyət planı da təsdiq ediləcək. Qeyd edək ki, hər iki təşkilat artıq 10 ildən artıqdır ki, aktiv fəaliyyət göstərir, müxtəlif yerli və beynəlxalq layihələr həyata keçirirlər.
31.01.12 Məqaləni oxumaq
 
AŞ PA-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı yazılı bəyanat yayılıb
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Xocalı soyqırımını kəskin pisləyən yazılı bəyanat yayılıb. “Azadinform” xəbər verir ki, sənədi Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb.
Yazılı bəyanata AŞ PA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞ PA-nın yazılı bəyanatı kimi qəbul olunub və assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb.
27.01.12 Məqaləni oxumaq
 
NATO ilə Rusiya hələlik razılığa gələ bilməyiblər
Raket əleyhinə müdafiə sistemilə bağlı Rusiya ilə NATO arasında danışıqlar hələlik heç bir nəticə verməyib.
“Azadinform” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib. O qeyd edib ki, buna görə də hələlik bu ilin mayında Çikaqoda NATO-Rusiya sammitinin keçiriləcəyi aydın deyil.
Qeyd edək ki, Rusiya Avropada raket əleyhinə müdafiə sistemləri qurulmasının qəti əleyhinə çıxır.
27.01.12 Məqaləni oxumaq
 
Hillari Klinton: “ABŞ Fransa kimi erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”
“ABŞ Fransa kimi erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə görüşdə deyib. «Bizim güclü tərəflərimizdən biri odur ki, biz insanları düşüncələrinə görə cəzalandırmırıq. İnsanlar istədikləri sözü deyə bilərlər və bizim ölkəmizdə də onlar belə də edir.
Digər ölkələrə, o cümlədən bizim yaxın dostlarımızda və Fransa kimi müttəfiqlərimizdə başqa standartlardır. Amma ümidvaram ki biz heç vaxt kimisə düşüncələrinə görə cəzalandırmayacağıq». 
27.01.12 Məqaləni oxumaq
 
Prezident Avropa İttifaqının enerji məsələləri üzrə komissarı ilə görüşüb
Prezident İlham Əliyevin Davosda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olub. “Azadinform” xəbər verir ki, görüşdə “Cənub qaz dəhlizi” layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulanıb.
Görüşdə 2011-ci ilin yanvarında Bakıda prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edilib. Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulanıb.
26.01.12 Məqaləni oxumaq
 
Prezident İlham Əliyev “UBS Global” şirkətinin Direktorlar Şurasının sədri ilə görüşüb
Davosda Prezident İlham Əliyevin “UBS Global” şirkətinin Direktorlar Şurasının sədri Qaspar Villiger ilə görüşü olub. “Azadinform” xəbər verir ki, görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan “UBS” bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb.
Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyevlə görüşlərini xatırladan Qaspar Villiger Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini deyib.
26.01.12 Məqaləni oxumaq
 
Ramiz Rzayev və Fərhad Abdullayev Strasburqa gediblər
Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayev və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Strasburqa yola düşüblər. Bu barədə məlumatı “Azadinform”a  Konstitusiya Məhkəməsindən veriblər.
Səfərin məqsədi Avropa İnsan Haqları Məhkəməsinin ənənəvi “Məhkəmə ili”nin açılış mərasimində iştirak etməkdir. F.Abdullayev və R.Rzayev “İnsan Haqları üzrə Avropa Konvensiyası sistemində milli yurisdiksiyaların sıx iştirakını necə təmin etmək?” mövzusunda seminarda da iştirak edəcəklər. Səfər yanvarın 29-da başa çatacaq.
26.01.12 Məqaləni oxumaq
 
Fövqəladə hallar naziri ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı qəbul edib. “Azadinform” FHN-ə istinadən xəbər verir ki, görüşdə nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib, həmçinin FHN və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
K.Tarqay hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.
Görüşdə FHN ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
26.01.12 Məqaləni oxumaq
 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •