Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
“Professor Fərrux Rüstəmov-50” kitabının təqdimat mərasimi keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Professor Fərrux Rüstəmov-50” kitabının təqdimat mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının (Moskva) akademiki, professor Fərrux Rüstəmova həsr olunan kitabın təqdimatında, alimlər, ölkənin bir sıra ali məktəblərinin əməkdaşları, ziyalılar iştirak ediblər.
31.01.12 Məqaləni oxumaq
 
NATO Əfqanıstanı 2014-cü ilin sonunda tərk edəcək
NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, hərbi alyans təhlükəsizlik məsələlərini 2014-cü ilin sonunadək Əfqanıstanın yerli qüvvələrinə tapşırmaq planını dəstəkləyir. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, buna baxmayaraq, o deyib ki, əyalətlərdə bu prosesə 2013-cü ilin ortalarında başlanacaq. Onun bu şərhindən əvvəl Fransa prezidenti Nikola Sarkozi ötən həftə bildirib ki, onlar NATO-dan Fransanın missiyasının 2013-cü ildə sona çatmasını xahiş ediblər. Artıq bir neçə ərazi və şəhərin təhlükəsizliyinin idarə olunması Əfqanıstanın hərbi və polis qüvvələrinə tapşırılıb.
31.01.12 Məqaləni oxumaq
 
Obama Gürcüstanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib
ABŞ prezidenti Barak Obama gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə görüşüb. “Azadinform” RİA “Novosti”yə istinadən xəbər verir ki, prezidentlərin görüşü ilk dəfədir Ağ evdə keçirilib. Barak Obama və Mixail Saakaşvili müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələsinə xüsusi diqqət ayırıblar. Barak Obama bəyan edib ki, ABŞ və Gürcüstan azad ticarətlə bağlı saziş üzərində işləyirlər və ticarət əlaqələrini möhkəmləndirəcəklər: “Biz ölkələrimiz arasında davamlı ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə etdik”. Barak Obama Birləşmiş Ştatların Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha ifadə edib.
31.01.12 Məqaləni oxumaq
 
İranda “Facebook”un inzibati qrupunun dörd rəhbəri həbs edilib
İranda kibertəhlükəsizliyə cavabdeh olan polis əməkdaşları “Facebook” sosial şəbəkəsinin inzibati qrupunun dörd rəhbərini həbs ediblər. Qrupda virtual olaraq gözəllik yarışması keçirilirdi və inzibatçılar da «korrupsiya və əxlaqsızlıq» yaymaqda günahlandırıblar. Həbs olunanlar arasında iki qadın və iki kişi var. Onlar tərəfindən təşkil edilən qrupa artıq hər iki cinsi təmsil edən 25 mindən artıq iranlı müraciət etməyə müvəffəq olub. Təşkilatçıların çağırışı ilə onlar sosial şəbəkədə öz fotolarını yerləşdiriblər. İndi onların hamısını istintaq tədbirləri gözləyə bilər. «Azadinform» «Qazeta.Ru»ya istinadən xəbər verir ki, «Facebook»a İranda giriş qadağandır. Lakin bir çoxları bu qadağanı keçərək xüsusi proqramlardan yararlanırlar.
31.01.12 Məqaləni oxumaq
 
Milli Seçim turlarının yarımfinalçıları özləri haqda fikir bildirib
“Eurovision–2012”nin Milli Seçim turlarından sonra finalda iştirak etmək istəyən 8 yarımfinalçısı müsabiqə ilə bağlı öz fikirlərini açıqlayıb. “Azadinform” müsabiqənin rəsmi internet saytına istinadən yarımfinalçıların fikirlərini təqdim edir: Orxan Kərimli: “Düşünürəm ki, bu həftə rəqabət daha güclü olacaq. Çünki bütün iştirakçılar istedadlıdır. Özümə güvənirəm, daha da yaxşı hazırlaşacam. Məncə Eurovision təmsilçisinə lazım olan xüsusiyyətin hamısı məndə var”.
31.01.12 Məqaləni oxumaq
 
İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib
Bu gün İqtisadi İnkişaf Nazirliyində geniş müşavirə keçirilib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər. Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə mühüm tapşırıqların verildiyini vurğulayıb.
31.01.12 Məqaləni oxumaq
 
Ziyafət Əsgərov: “Fransa Konstitusiya Məhkəməsinin son qərarını gözləyirik”
Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza tətbiq edən sənədə cavab olaraq Azərbaycan Milli Məclisində də müvafiq sənəd qəbul oluna bilər. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, hal-hazırda məsələ ilə bağlı konkret addım atmaq üçün Fransa Konstitusiya Məhkəməsinin son qərarı gözlənilir. “Əgər Konstitusiya Məhkəməsi də analoji addım atarsa, biz də Xocalı soyqırımı ilə bağlı oxşar sənədi qəbul edə bilərik” - deyə Z.Əsgərov vurğulayıb. Sənədin Milli Məclisdə Xocalı soyqırımını inkar edənlərə qarşı cəza tətbiqi kimi qəbul olunub- olunmayacağına toxunan vitse-spiker bildirib ki, hazırda bunun forması üzərində düşünülür. “Ola bilsin ki, bu şəkildə olmasın, amma mahiyyətcə həmin məzmunu daşıyacaq. Biz bu haqda hələ düşünürük” - deyə o, əlavə edib.
31.01.12 Məqaləni oxumaq
 
Nalbandyan Türkiyəyə Qarabağ məsələsindən “uzaq dur” deyir
“Türkiyə həqiqətən Qarabağ münaqişəsinin həllinə yardım etmək istəyirsə, bu halda mümkün qədər bu məsələdən uzaq durmalıdır”. “Azadinform” erməni saytlarına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan telekanallarına müsahibəsində deyib. Edvard Nalbandyan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun ATƏT-in Minsk qrupu çərçivəsində Fransanın vasitəçilikdən kənarlaşdırılmasına dair çağırışını ultimatum kimi qəbul etdiklərini bildirib. Bundan başqa, Nalbandyan Fransa Senatının qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin qəbul etməsini hər hansı bir ölkəyə qarşı olmadığını bildirib.
31.01.12 Məqaləni oxumaq
 
Egemen Bağış: “Soyqırımı baş verməyib, kim istəyirsə, qoy gəlib məni həbs etsin”
Türkiyənin Avropa Birliyi işləri üzrə naziri, qurumla danışıqlarda nümayəndə heyətinin rəhbəri Egemen Bağış az əvvəl Fransanın qəbul etdiyi qanuna yaxın sənəd qəbul etmiş İsveçrədə sərt bəyanatla çıxış edib: “Mən İsveçrədəyəm və bəyan edirəm: heç bir genosid baş verməyib. Mən hazıram və kim istəyirsə, qoy gəlib məni həbs etsin”. Bunu Davos İqtisadi Forumunda iştirak edən nazir Sürixə - Sezen Aksunun konsertinə baxmaq üçün gedərkən bildirib. Konsertdən sonra da jurnalistlərin suallarını cavablandıran E.Bağış xatırladıb ki, Fransadan əvvəl İsveçrə də qondarma erməni soyqırımını inkar edilməsinə görə cəzanın verilməsini nəzərdə tutan qanun qəbul edib: “Biz inanırıq ki, Fransada sağlam düşüncəli insanlar bundan məhrum olan insanlardan çoxdur. Bu qərar sadəcə olaraq, bizim üçün etibarsızdır. Mən ürəkdən inanıram ki, Fransa Konstitusiyaya zidd olan qanunu ləğv edəcək».
31.01.12 Məqaləni oxumaq
 
Ekspert: “Neftin qiymətinin həddən artıq yüksələ biləcəyinə inanmıram”
“İran Avropa Birliyinin sanksiyalarının qüvvəyə mindiyi 1 iyul tarixini gözləmədən özü başlayacaq birliyə verdiyi nefti azaltmağa. Ancaq bu gün mən London birjasına baxdım və brent tipli neftin qiymətində ötən ayla müqayisədə 0,4 faiz ucuzlaşma var. Bununla belə, neftin bareli 111 dollar ətrafında cərəyan edir və artıq mart ayının birinci ongünlüyü üçün fyüçerslər satılır. Söhbət ondan gedir ki, bu beş ayda bazar daim informativ hücumlara məruz qalacaq. Yəni pozitiv xəbər gələndə qiymət bir qədər aşağı düşəcək, neqativ xəbər olanda artacaq. Bunun real olaraq tələb və təklifə aidiyyəti olmayacaq”.
31.01.12 Məqaləni oxumaq
 
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •