Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.
01.02.12 Məqaləni oxumaq
 
Misir parlamentinin qarşısında onlarla adam yaralanıb
Misir parlamentinin qarşısında hərbi hakimiyyətə son qoyulmasını tələb edənlərlə islamçı tərəfdarlar toqquşub. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, toqquşma zamanı onlarla adam yaralanıb. Hərbi hakimiyyətə son qoyulmasını tələb edənlər parlamentə daxil olmaq istəsələr də, parlamentdə əsas yeri qazanan Müsəlman Qardaşları Partiyasının tərəfdarları buna imkan verməyib. Misirin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, qarşıdurma zamanı azı 43 adam yaralanıb.
01.02.12 Məqaləni oxumaq
 
Ötən il Aralıq dənizində 1500-ə yaxın qaçqın batıb
Ötən il ərzində Aralıq dənizində Afrika olkələrindən Avropaya qaçmaq istəyən 1500-ə yaxın qaçqın batıb. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, bu, son 5 il ərzində rekord hesab olunur. Bu barədə çərşənbə axşamı BMT-nin qaçqınlar üzrə idarəsinin yaydığı hesabatda bildirilir. İdarənin məlumatına görə, 2011-ci ildə Avropaya Şimali Afrikadan 58 min qaçqın gəlib ki, bu da rekorddur.
01.02.12 Məqaləni oxumaq
 
ABŞ hərbi dəniz qüvvələri İranın balıqçı gəmisini xilas edib
ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi İran körfəzində İranın balıqçı gəmisini xilas edib. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ hərbi dəniz donanmasının bildirdiyinə görə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmi doqquz İran dənizçisini daşıyan balıqçı gəmisindən fəlakət siqnalı alıb. Amerikalı mühəndislər balıqçı gəmisinin mühərrikinin sıradan çıxan kəmərini təmir edib və gəmi yoluna davam edib. “Abraham Linkoln” gəmisinin komandiri, admiral Mayk Şumeyker onun komandasında bütün hallarda yardım göstərə biləcək mühəndislər və həkimlərin olduğunu deyib. Bu, bir ay ərzində ABŞ-ın xilas etdiyi üçüncü İran gəmisidir. İki həftə bundan əvvəl ABŞ-ın hərbi gəmisi altı İran dənizçisini, yanvarın əvvəli isə ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi Ərəbistan dənizində quldurlar tərəfindən saxlanan 13 İran balıqçısını xilas etmişdi.
01.02.12 Məqaləni oxumaq
 
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Bakıya gəlib
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Jozef Debono Qrex Bakıya gəlib. “Azadinform” xəbər verir ki, digər həmməruzəçi Pedro Aqramunt da Bakıya bu gün gələcək. Fevralın 2-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilər Azərbaycan prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəklər. Onlar, həmçinin Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə görüşəcəklər. Debono Qrex və Pedro Aqramunt fevralın 1-də səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcəklər.
31.01.12 Məqaləni oxumaq
 
Avropa İttifaqının xüsusi nümayəndəsi Filipp Lefort Azərbaycana gələcək
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort fevralın 6-da regiona səfəri çərçivəsində Azərbaycana gələcək. “Azadinform” xəbər verir ki, F.Lefortun Xarici İşlər Nazirliyində görüşlər keçirəcəyi planlaşdırılır. Bundan başqa, Prezident İlham Əliyevlə də görüş gözlənilir. Qeyd edək ki, F.Lefortun mandatının əsasını Cənubi Qafqazda münaqişələrin nizamlanması təşkil edir.
31.01.12 Məqaləni oxumaq
 
Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsi yaradılıb
Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” (MFA_Press Service) səhifəsi yaradılıb. Bu barədə məlumatı “Azadinform”a XİN-in mətbuat xidmətindən veriblər. XİN-in “Twitter” səhifəsinin yaradılması ilə xarici siyasətimizə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının və press-relizlərin operativ şəkildə oxuculara çatdırılması təmin olunacaq. “Twitter” səhifəsinə www.twitter.com/AzerbaijanMFA ünvanında baxmaq olar.
31.01.12 Məqaləni oxumaq
 
NATO-ABŞ ekspertlərinin Bakıya səfəri planlaşdırılır
Fevralın 14-də NATO-ABŞ ekspertlərinin Bakıya səfəri planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, səfər zamanı hərbi təlim və təhsil sahəsində Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlara NATO yardımının icmalı aparılacaq.
31.01.12 Məqaləni oxumaq
 
Hərbçilərimiz bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Azərbaycan zabitləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Planının (FTP) müzakirəsi məqsədilə fevralın 13-də Brüsseldə ekspert-qərargah görüşü keçiriləcək. Hərbiçilərimiz həmçinin fevralın 6-10-da Türkiyədə terrorizmlə mübarizənin hüquqi aspektləri mövzusunda kurslarda iştirak edəcəklər.
31.01.12 Məqaləni oxumaq
 
Xocalı soyqırımı beynəlxalq aləmdə tanındı
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyası öz işini artıq başa çatdırıb. “Azadinform” xəbər verir ki, bu barədə İslam Konfransı Gənclər Forumunun baş katibi, səfir Elşad İsgəndərov məlumat yayıb.
31.01.12 Məqaləni oxumaq
 
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •