|
|
|
|
Ermənilər Füzuli və Cəbrayıl rayonları istiqamətində atəşkəsi pozub
|
|
Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 18.15-dən 18.20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.10-dan 19.35-dək isə Cəbrayıl rayonu Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə məlumatı AZADİNFORM-a Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
|
28.04.10 Məqaləni oxumaq
|
| |
|
|
|
“Zirvədəki şəxsiyyətlərimiz” mövzusunda ədəbi-bədii tədbir keçiriləcək
|
|
Xəyalə Tahir/AZADİNFORM. Aprelin 30-da Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyində “Zirvədəki şəxsiyyətlərimiz” mövzusunda ədəbi-bədii tədbir keçiriləcək. AZADİNFORM xəbər verir ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi ilə birgə keçiriəcəyi tədbirdə “Molla Nəsrəddin” jurnalının işıq üzü görməsində və nəşrində Cəlil Məmmədquluzadənin fəaliyyəti, onun Azərbaycan ədəbiyyatı və mətbuatında əvəzsiz xidmətindən, mollanəsrəddinçilərdən ətraflı söz açılacaq.
Tədbirdə C.Məmmədquluzadə yaradıcılığının tədqiqatçıları, Bakı muzeylərinin əməkdaşları iştirak edəcəklər.
|
28.04.10 Məqaləni oxumaq
|
| |
|
|
|
|
|
|
|
Bu gün səhər 8-ci kilometr bazarında yanğın olub
|
|
Elçin Əliyev/AZADİNFORM. Bu gün səhər Bakının Nizami rayonunda “8-ci kilometr bazarı” kimi tanınan ərazidə yanğın olub. Yanğın səhər saat 09:15 radələrində başlayıb. Ətrafı qara tüstü bürüyüb. Nəticədə 800 kv.m ərazi yanaraq külə dönüb. AZADİNFORM xəbər verir ki, bu barədə açıqlamanı FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev verib.
R.Xudiyev vurğulayıb ki, bazarda baş verən yanğınla bağlı 102 xidmətinə saat 9:10 radələrində zəng gəlib. Onun sözlərinə görə, yanğının bazarda baş verdiyi nəzərə alınaraq yanğınsöndürənlər 3 saylı, yəni ən böyük həyəcan çağırışı ilə hadisə yerinə gəliblər. “Yanğının söndürülməsinə 7 yanğınsöndürmə maşını cəlb olunub. Yanğının söndürülməsi 1 saat yaxın davam edib və nəzarət altına alınıb. Bazarda 800 kv/m ərazi yanıb. Dəymiş ziyanın həcmi və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir”,-deyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini bildirib.
|
28.04.10 Məqaləni oxumaq
|
| |
|
|
|
Faşizm üzərində qələbinin 65 illiyində bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək
|
|
Elvin Xəzər/AZADİNFORM. 9 may – Faşist Almaniyası üzərində qələbənin 65 illik yubileyi münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirdə Almaniya, Fransa, İtaliya, Yunanıstan, Çexiya, İsrail, Estoniya, Bolqarıstan, Latviya, Makedoniya, Çin və Vyetnamın dövlət və hökümət başçıları, beynəlxalq qurumların rəhbərləri iştirak edəcəklər. AZADİNFORM xəbər verir ki, yubiley tədbirlərində Barak Obama, Qordon Braun, Viktor Yanukoviç iştirak etməyəcək.
Rusiya Prezident Administrasiyasından verilən məlumata görə, 8 may tarixində Moskvada MDB ölkələrinin qeyri-rəsmi sammitinin keçirilməsi də planlaşdırılır.
|
28.04.10 Məqaləni oxumaq
|
| |
|
|
|
Nəqliyyat Nazirliyində Koreya nümayəndə heyətilə görüş keçirilib
|
|
İlham Məmmədov/AZADİNFORM. Nəqliyyat Nazirliyində Koreya nümayəndələri ilə görüş keçirilib. NN-nin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, Koreya Milli Məclisinin üzvü Li Sang-Deukun rəhbərlik etdiyi nümayəndə heyətini nazir Ziya Məmmədov qəbul edib.
Z.Məmmədov son illər respublikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, böyük əhəmiyyətli islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb. Nazir qeyd edib ki, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik qorunub saxlanır, ölkəmiz iqtisadi artımına görə dünyada lider dövlətlərdən biridir. Bu isə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən nəqliyyat-yol kompleksinin inkişafına müsbət təsir göstərir.
|
28.04.10 Məqaləni oxumaq
|
| |
|
|
|
YAP nümayəndə heyəti Koreyanın Baş naziri ilə göruşub
|
|
Bayram Niftəliyev/AZADİNFORM. Seulda səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Koreyanın Baş naziri Cunq Un-Cunq ilə görşub. YAP-ın mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, enerji, təbii ehtiyatlar, informasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
|
28.04.10 Məqaləni oxumaq
|
| |
|
|
|
Stavropol vilayətinin qubernatoru Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
|
|
Elvin Xəzər/AZADİNFORM. Bakıda səfərdə olan Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” Abidəsi önünə əklil qoyublar.
Stavropol vilayətinin qubernatoru Şəhidlər Xiyabanında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını da ziyarət edərək abidəsi önünə əklil qoyublar.
|
28.04.10 Məqaləni oxumaq
|
| |
|
|
|
Əli Abbasov Fransanın ölkəmizdəki səfiri Qabriel Kellerllə görüşüb
|
|
Mübariz Aslanov/AZADİNFORM. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerli qəbul edib. Bu barədə məlumatı AZADİNFORM-a Nazirliyin mətbuat xidmətindən veriblər.
Ə.Abbasov görüşdə Fransa ilə rabitə və informasiya texnologiyaları sektorunda yüksək nəticələr əldə olunduğunu vurğulayıb. İKT sektorunda yeni inkişaf perspektivlərinin nəzərdən keçirildiyini bildirən Ə.Abbasov daha yüksək nailiyyətlər üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.
|
28.04.10 Məqaləni oxumaq
|
| |
|
|
|
|
|